Dominikan respublikasında kiçik təyyarə qəzaya uğrayıb.
Elchi.az xəbər verir ki, səlahiyyətlilər paytaxt Santa Dominqoda hava limanına təcili eniş etmək istəyərkən təyyarənin qəzaya uğradığını bildirib.
Qəza nəticəsində 7-si sərnişin və 2-si ekipaj üzvü olmaqla 9 nəfər həlak olub.
Təyyarənin ABŞ-ın Florida ştatına getmək üçün Dominikan Respublikasının La İzabela Beynəlxalq Hava Limanından havaya qalxdığı bildirilir. Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.






