ABŞ-ın keçmiş prezidenti Donald Tramp Britaniyanın Mİ6 kəşfiyyatının keçmiş əməkdaşını və onun təsis etdiyi konsaltinq şirkətini məhkəməyə verib.
Elchi.az CNN.com-a istinadən bildirir ki, bu barədə “The Guardian” nəşri İngiltərə Ali Məhkəməsinin sənədlərinə əsasən yazır.
Evdə məhkəmə prosesləri ilə məşğul olan keçmiş ABŞ prezidenti “Orbis Business Intelligence” və onun təsisçisi, əvvəllər Mİ6-nın Rusiya ofisinə rəhbərlik etmiş Kristofer Stilə qarşı məlumatların qorunması iddiası qaldırır. İddia üzrə iki günlük məhkəmə iclasının oktyabrın 16-da başlaması nəzərdə tutulub.
Yeganə




