Dördüncü dozanın tətbiqi ilə bağlı heç bir qərar verilməyib. Hələlik “Buster” doza tətbiq olunur.
Bunu fikirləri səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Report-a açıqlamasında deyib.
“Necə olacaq, heç kim bilmir. Hazırda tədqiqatlar aparılır. Bilirsiniz ki, virus daim mutasiya edir. Ona görə də hər hansı bir proqnoz vermək çox çətindir”, – o bildirib.




