Bu konsepsiya tarixdə ilk dəfə sınanmır. Hələ qədim Romalılar zamanı da belə bir praktika olub. Amma müasir dünyamızda bu ilkdir. Çünki İsveçrə dünyada kiçik ölkə hesab olunsa da, ən varlı dövlətlərdən sayılır. Ona görə də İsveçrə vətəndaşının layiqli həyat tərzini təmin etmək üçün imkanlara malikdir.
Belə ki, iyun ayında referenduma hər ay vətəndaşa 2500 isveçrə frankı (təqribən 2500 avro – red.) verilməsi məsələsi çıxarılacaq. Bu da İsveçrədə 60 faziz vətəndaşın orta aylıq əmək haqqı deməkdir. Onu da qeyd edək ki, bu miqdar ancaq yaşlılara şamil edilir, azyaşlılara isə ayda 625 frank verilməsi təklif olunur.
Belə bir məsələ bu yaxınlarda Finlandiyada da gündəmə gəlsə, fin hökuməti Avropadakı iqtisadi böhranı nəzərə alıb məsələni təxirə saldı. Burada da ayda vətəndaşa 800 avro həcmində gəlirdən maddi vəsaitin verilməsi nəzərdə tutulurdu.
Düzdür, bu məsələnin referenduma çıxarılmasına etiraz edən qüvvələr də var, ancaq məsələ səsvermə yolu ilə həll olunacaq..
Bununla da hökumət əldə edilən təminatlı gəliri əhaliyə verməklə onları qul əməyindən xilas etməyə çalışır.
Təqdim etdiyimiz fotodan da görünür ki, maşın ictimaiyyətin və KİV-lərin iştirakı ilə İsveçrə Federasiya Şurası binası qarşısına 68 mln monetanı tökür.




