"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Dövlət aparatı həddindən artıq şişib”

01 Fevral 2023 - 19:55
in MANŞET

Qüdrət Həsənquliyev: “Parlamentin faktiki olaraq dövlət aparatının şişməsinin qarşısını alma imkanı yoxdur”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Mən, komitə iclasında da söyləmişdim ki, dövlət aparatı həddindən artıq şişib. Misal da çəkmişdim ki, Özbəkistanda bu yaxınlarda prezident dövləq qulluqçularının sayının 35 faiz azaldılması ilə bağlı müvafiq sərəncam imzaladı. Konstitusiyada qeyd olunur ki, dövlət və hakimiyyət orqanları bir-biri ilə əlaqədə fəaliyyət göstərir, bir-birinin fəaliyyətinə nəzarət funksiyalarını həyata keçirir. Parlamentin faktiki imkanı yoxdur ki, dövlət aparatının şişməsinin hansısa formada qarşısını alsın”.
Bunu parlamentin yaz sessiyasının plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili “biz mütləq dövlət qulluğu haqqında qanuna bir müddəa daxil etməliyik”, – deyə bildirib: “Dövlət orqanlarının adları və ştat vahidləri “Nazirlər Kabineti haqqında” qanunla müəyyən olunur. Yeri gəlmişkən qeyd edim ki, bütün inkişaf etmiş ölkələrdə Nazirlər Kabinetinin fəaliyyətini tənizmləyən ya qanunla təsdiq olunan əsasnamə olur, yaxud qanun olur. Bizdə nə əsasnamə var, nə də qanun. Ona görə də ya gərək belə bir qanun qəbul edək, yaxud da cənab Prezident tərəfindən təqdim olunarsa, belə bir əsasnaməni qəbul edək. Əsasnamədə də göstərilməlidir ki, ölkədə neçə nazirlik olsun, hər nazirlikdə nə qədər ştat vahidi olsun. Yoxsa görürük ki, aparat həddindən artıq şişir. İkincisi, burada dövlət məvacibi ifadəsi bir termin kimi işlənir. Bəzi qanunlarda maaş, bəzi qanunlarda əməkhaqqı sözlərini işlədirik. Vaxtilə də bu məsələ parlamentdə qaldırılmışdı ki, “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya qanununa görə, qanunvericilikdə eyni terminlərdən istifadə etməliyik. Məvacib sözünü işlədiriksə, o zaman bütün qanunlarda bu söz işlədilməlidir. Yaxud maaş, əməkhaqqı sözlərindən biri seçilərək eyni terminlərdən istifadə olunmalıdır. Burada hər təqvim ilinin sonunda fəaliyyətin yoxlanılması qeyd olunur. Sonra daxili müsahibə, müsabiqə, sertifikasiyadan keçmə. Dövlət qulluqçuları yoxlanılsa onların içərisində stresdən şəkər xəstəsi olmayan yoxdur. Bu qədər imtahanlar, testlər, müsabiqələr, müsahibələr nəyə lazımdır? Bunu bir az sadələşdirmək lazımdır. Qanunvericilik təşəbbüsünün subyekti ilə də danşaq ki, insanları bu qədər basqı altında saxlamağın heç bir əhəmiyyəti yoxdur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zakir Həsənov Türkiyəyə getdi

Next Post

“Sosial xarakterli olmayan fövqəladə vəziyyət halı yoxdur”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
“Sosial xarakterli olmayan fövqəladə vəziyyət halı yoxdur”

“Sosial xarakterli olmayan fövqəladə vəziyyət halı yoxdur”

“Cəmiyyətimizdə ciddi narazılıq mənbəyi var”

“Cəmiyyətimizdə ciddi narazılıq mənbəyi var”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.