Dövlət Baytarlıq Nəzarəti Xidməti bu gün gücləndirilmiş rejimdə işləyir

>

Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Nəzarət Xidməti bu gün gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Bunu da oxuyun

Elchi.az “Report”a istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev məlumat verib.

“Bu məqsədlə Bakıda 30-a yaxın xüsusi yerlər ayrılıb. Onlardan 10-u kəsim məntəqəsidir. Hər kəsi qurbanlıq heyvanların kəsimini o məntəqələrdə həyata keçirməyə dəvət edirik. Antisanitariya şəraitində heyvan kəsimi həyata keçirən şəxslərə qarşı tədbirlər görüləcək”, – İ.Quliyev deyib.

Qeyd edək ki, Xətai rayonunda (“Nargilə” kafesi yanında) təşkil olunan satış yarmarkasının ətrafında icazəsiz heyvan kəsimi həyata keçirən iki şəxsə qarşı akt tərtib olunub.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728