"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dövlət Baytarlıq Xidməti fermerlərə ÇAĞIRIŞ

24 Avqust 2018 - 19:00
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvan sahiblərinə müraciət edib.

Bu barədə Elchi.az-a Nazirlikdən bildirilir.

Müraciətdə deyilir ki, iribuynuzlu heyvanlarda (inək, camış və zebularda) ağır və iti formada gedən qan-parazitar xəstəliklərini törədən parazitotropa (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) qarşı çimizdirilmə tədbirinin aparılması vacibdir. Burada əsas məqsəd piroplazmoz üçlük (keçirici gənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) adlanan bioloji “zənciri” qırmaqdan ibarətdir. Bunun üçün heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi çiləyici qurğular vasitəsilə çimizdirilməlidir. Həmçinin xatırladaq ki, profilaktik məqsədlə aparılan bütün baytarlıq tədbirləri baytar həkiminin təyinatı və iştirakı ilə həyata keçirilməlidir.

Qeyd olunan tələblər gözlənilmədiyinə görə bu günlərdə Astara rayonunu Şüvü kənd sakini Məmmədov Şaban Məmmədsəfa oğluna məxsus təsərrüfatda 78 baş iribuynuzlu heyvanın tələfatı qeydə alınıb.

Hadisə ilə bağlı Dövlət Baytarlıq Xidməti bildirir ki, məlumat daxil olan kimi əraziyə baytarlıq mütəxəssisləri ezam edilib və ardıcıl müalicə tədbirləri aparılıb. Aparılan araşdırma zamanı sahibkarın verdiyi məlumata görə 20 avqust 2018-ci il tarixində Astara şəhərində yerləşən İmamverdi Rəciyevə məxsus baytarlıq aptekindən 1 litr 60 %-li İordaniya istehsalı olan diasidol baytarlıq preparatı alaraq 1 ton su ilə qarışdırıb və əlavə olaraq özündə olan 11,5%-li 2 litr Rusiya istehsalı olan kriolin əlavə edib. Həmin gün saat 11-12 radələrində təsərrüfatda müxtəlif yaş qrupundan olan heyvanlarda baytarlıq mütəxəssislərinin iştirakı və göstərişi olmadan özbaşına çimizdirilmə aparılıb. Çimizdirmə meyvə bağlarında ağacların dərmanlanmasında istifadə olunan çiləyici qurğu ilə icra edilib və heyvanlar nəzarətisiz örüş sahəsinə buraxılıb.

Sahibkar tərəfindən həmin gün saat 16:00 radələrində heyvanlar arasında ölümün baş verməsi ilə əlaqədar Astara rayon Baytarlıq idarəsinə məlumat verilib. Baytarlıq mütəxəssisləri dərhal təsərrüfata gəlib və 25 baş heyvanda simtomatik müalicə aparıblar.

Həmçinin təsərrüfatda 78 baş iribuynuzlu heyvanın ölməsi müəyyən edilib, ölmüş heyvan cəsədləri baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib və ərazidə dezinfeksiya işləri aparılıb. Ölmüş 3 baş iribuynuzlu heyvan cəsədindən patoloji material götürülərək Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran regional sınaq laboratoriyasına göndərilib.

Dövlət Baytarlıq Xidməti təsərrüfat sahiblərinin diqqətinə çatdırır ki, təcrübələri olsa belə, baytarlıq mütəxəssislərinin iştirakı olmadan heyvanlarda özbaşına müalicə, peyvəndləmə və profilaktik, o cümlədən heyvanların çimizdirilməsi tədbirlərinin aparılması yol verilməzdir və bütünlükdə bu tədbirlər baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır. Əgər heyvalar arasında bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və sahə baytarlıq məntəqələrinə, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə və Dövlət Baytarlıq Xidmətinin 562-76-13 saylı “Qaynar xətt”inə müraciət etsinlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin Türkiyənin xarici işlər və müdafiə nazirləri ilə görüşəcək

Next Post

Videodakı şəxsin Elmar Vəliyev olduğu təsdiqləndi – VİDEO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Videodakı şəxsin Elmar Vəliyev olduğu təsdiqləndi – VİDEO

Videodakı şəxsin Elmar Vəliyev olduğu təsdiqləndi - VİDEO

Bu gün Mehriban Əliyevanın ad günüdür

Bu gün Mehriban Əliyevanın ad günüdür

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.