"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Dövlət imtahanı təhsilin əlçatanlığına mane olur”-Ekspert

01 İyun 2022 - 15:19
in Cebhe-banner, MANŞET

Ölkəmizdəki ali məktəblərdə dövlət imtahanının ləğvi məsələsi gündəmdədir. Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanının ləğv olunmasını tələb edirlər. Sosial şəbəkələrdə 30 mindən çox tələbə də bu çağırışa qoşulub. Səbəb isə dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir.
Tələbələr bildiriblər ki, pandemiya səbəbindən dərslər distant və hibrid formada keçirilib. Buna baxmayaraq, onlar dövlət imtahanı verməlidirlər. Bu isə düzgün qərar deyil.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Maraqlıdır, tələbələr nə üçün dövlət imtahanlarının ləğvini istəyirlər? Dünya ölkələrində bu təcrübə necədir?

Təhsil üzrə ekspert Elçin Əfəndi Elchi.az-a açıqlamasında dövlət imtahanlarının ləğv edilməsi ilə bağlı çağırışların düzgün olduğunu söyləyib.

Ekspert bildirib ki, dövlət imtahanlarının keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarları var. Həmin qərarlara əsasən, yekun attestasiya imtahanı keçirilməlidir:

“Amma ölkəmizdəki ali məktəblərdə uzun illərdir ki, baloniya sistemindən istifadə olunur. Bu sistemdə tələbələrin konkret olaraq biliklərinin qiymətləndirilməsi və yaxud onlara təhsil almaları barədə müvafiq sənədin təqdim olunması yalnız tədris müddətində əldə etdikləri kreditlərin ümumi cəminə əsasən verilir. Yəni bir tələbə təhsil dövründə onun üçün nəzərə tutulan akademik göstəricilərə nəzərən krediti əldə edibsə, o zaman ona müvafiq sertifikat və yaxud diplom təqdim olunur. Ölkəmizdə isə baloniya sisteminin sadəcə adı var. Hələ də baloniya sisteminə bir çox universitetlərdə tam əməl olunmur, köhnə, sovet sistemindən qalma ənənələr özünü daha çox göstərir. Bu da istənilən halda yeni dövrlə ayaqlaşmada müəyyən çətinliklər törədir. Hazırda sonuncu kursda təhsil alan tələbələrin dövlət imtahanı ilə bağlı tələbləri var. Düşünürəm ki, onlar bu tələblərində haqlıdır. Çünki bundan əvvəlki 2 il ərzində pandemiya ilə əlaqədar olaraq dövlət imtahanlarının keçirilməməsinə qərar verilmişdi. O zaman ümumi ortalama göstərici əsasında proses aparıldı və tələblərə müvafiq olaraq təhsil almaları barədə sənəd təqdim olundu. Burada əsas məqam yalnız pandemiya idisə, fikrimcə, bu ilki ildə də sonuncu kurs tələbələrinə həmin təcrübəni tətbiq etmək olardı. Ümumiyyətlə, baloniya sistemindən istifadə ediriksə, dövlət imtahanı keçirilməli deyil. Çünki bəlli olduğu kimi hər bir tələbə ali məktəbə qəbul olduqdan sonra 4 kurs ərzində hər semestr imtahanlar verir və bu imtahanların yekun nəticələri əsasında onların qiymətləndirməsinin aparılması mümkündür”.

Dünya təcrübəsi nə deyir?

E.Əfəndinin sözlərinə görə, dünya ölkələrində baloniya sisteminin tətbiq olunduğu universitetlər tələbələrin orta göstəricilərinə əsasən onlara diplom verir:

“Yəni tələbələrə 4 il ərzindəki otalama göstəricilər əsasında yaxud da əldə etdikləri kreditlərə görə, sənədlər təqdim olunur. Bu, istər ABŞ-da, istərsə də digər qərbi Avropa ölkələrində belədir.

Ölkəmizdə təhsil alan kifayət qədər tələbə var. Sonuncu kursda təhsil alanları nəzərdə tutsaq, təxminən 65-70 minə yaxın tələbənin ümumi attestasiyaya cəlb olunması o deməkdir ki, verilən təhsilə inam yoxdur. Yəni burada təhsilin davam etməsinə bir növ manə yaradılmış olur, yəni bir tələbə bakalavrdan yuxarı, məsələn, magistr pilləsində təhsil almaq istəyirsə, o, dövlət imtahanından keçə bilməzsə, magistrant ola bilməyəcək. Beləliklə, təhsilin davamlılığı mümkün olmayacaq. Halbuki dövlət başçısı tərəfindən təhsilin davamlılığı və əlçatanlığına dair hər zaman müvafiq göstərişlər verilib. Təhsilin əlçatanlığı hər bir şəxs üçün prioritet hesab olunmalıdır. Düşünürəm ki, aidiyyəti qurumlar dövlət imtahanı kimi bürokratik bir maneəni saxlamalı deyillər”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Paşinyan Putini Brüssel görüşü barədə məlumatlandırıb

Next Post

Kreml Kiyevin ABŞ-dan aldığı raket sistemləri ilə Rusiyaya hücum etməyəcəyinə inanmır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Kreml Kiyevin ABŞ-dan aldığı raket sistemləri ilə Rusiyaya hücum etməyəcəyinə inanmır

Kreml Kiyevin ABŞ-dan aldığı raket sistemləri ilə Rusiyaya hücum etməyəcəyinə inanmır

BVF Azərbaycandakı antiinflyasiya tədbirləri barədə məlumatlandırılıb

BVF Azərbaycandakı antiinflyasiya tədbirləri barədə məlumatlandırılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.