Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidməti (XRİTDX) dövlət informasiya ehtiyatlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində aşkarlanmış təhlükəsizlik boşluqları və nöqsanlarına dair 146 audit məruzəsi hazırlayaraq, həmin boşluq və nöqsanların aradan qaldırılması üçün tövsiyələrlə birlikdə müvafiq qurumlara təqdim edib.
Bu barədə Elchi.az-a Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər.
Qeyd edək ki, 2022-ci il ərzində dövlət informasiya ehtiyatlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində aşkarlanmış təhlükəsizlik boşluqları nəticəsində 553 məruzə hazırlanıb və müvafiq qurumlara xəbərdarlıq edilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildə istifadəyə verilmiş “Elektron sorğu sistemi” vasitəsilə dövlət qurumlarından birinci rüb ərzində 1830 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




