"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Dövlət kömək etsə də sağ olsun, etməsə də” – Ağır xəstəliyə yoluxmuş yazar (Müsahibə)

08 Avqust 2015 - 09:58
in CƏMİYYƏT MANŞET, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR

Jurnalist Kənan Hacının ağır xəstəliyə yoluxması ilə bağlı bir neçə gündür ki mətbuatda məlumat yayılıb.

Jurnalist müsahibələrinin birində Hepatit C virusu daşıyıcısı olduğunu demişdi. Bu məlumatdan sonra Kənan Hacının həmkarları, dostları onun müalicəsi üçün həm sosial şəbəkələrdə, həm də mətbuatda kampaniya başlatdılar. Məqsəd jurnalistin dövlət hesabına qarantiyalı şəkildə müalicə olunması idi.

– Kənan bəy, hazırda səhhətiniz necədir?

– Bir həftədən çoxdur ki, özümü çox narahat hiss edirəm. Mütəmadi ağrılarım olur, ayaqlarım tutulur, halsızlıq yaranıb.

– Bu gün (7 avqust-red.) xəstəxanaya yerləşdiriləcəyiniz barədə xəbərlər yayıldı. Doğrudurmu?

– Dünən Səhiyyə Nazirliyinin Hepatit B və C viruslarına yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə xüsusi komissiyanın sədri Murad Məmmədov mənə zəng vurub dedi ki, sizə nə köməklik edə bilərik? Mən vəziyyətimi ona danışdım. Dedi ki, Hepatit C xəstələrinə Səhiyyə Nazirliyinin proqramına əsasən pulsuz müalicə təyin edilir. Sabah gəlin, mənimlə əlaqə saxlayın, sizə köməklik edərik. Bu gün səhər yoldaşımla ora getdik. Növbə vardı, bir xanım otaqda xəstələrin qeydiyyatını aparırdı. Yaxınlaşıb dedim ki, Murad müəllim özü bilir, mən gəlmişəm ki, qeydiyyata düşüm. O, mənə dedi ki, axı siz sənədlər təqdim etməlisiniz. Analizlərin cavablarını gətirməlisiniz. Dedim bir neçə yerdə analizlər vermişəm. Dedi yox, son 30 gün ərzində verilən analizlər lazımdır. Dedim mənim axı yenidən müayinədən keçməyə mənim imkanım yoxdur. Dedi eybi yox, qeydiyyata alarıq, amma müayinə kağızları təqdim olunmalıdır. Adımı dəftərə yazdı. Biz də qayıdıb gəldik evə. Amma Murad bəyə dəfələrlə zəng elədim ki, deyim mən gəlmişəm, burdayam, telefonuna zəng çatmadı.

– Bəs Murad Məmmədovdan başqa sizinlə əlaqə yaradıb öz köməyini təklif edən olubmu? Dövlət nə kimi dəstək göstərib?

– Yazar dostlar sağ olsunlar, hər gün maraqlanırlar, məni tanıyan, amma mənim tanımadığım dostlar zəng edib vəziyyətimlə maraqlanırlar. Amma dövlət tərəfindən dəstək olunacağı gözlənilir.Qənirə xanım da (millət vəkili Qənirə Paşayevanı nəzərdə tutur – red.) Səhiyyə Nazirliyi ilə danışacağını deyib. Hörmətli yazıçımız Kamal Abdulla da dəstək olacağını bildirib.

– Qənirə xanım bunu harada deyib? Şəxsən sizə deyib, yoxsa bu barədə açıqlama verib?

– Qənirə xanım xəstəliyimlə bağlı xəbər yayılandan sonra mənim inboxuma mesaj yazdı ki, bu barədə Səhiyyə Nazirliyini məlumatlandıracaq.

“Kimsədən narazılığım, tələbim yoxdu, dövlət kömək etsə də sağ olsun, etməsə də”

– Sizə yardım üçün hesab açılmışdı, yardım aksiyası başladıldılmışdı, bəz necə oldu?

– Həyat yoldaşım bank hesabı açıb. Amma konkret yardım aksiyası keçirilməsi haqqında məlumatım yoxdur. Düzdür, dostlar yardım kampaniyası başlamağı təklif etdilər. Sağ olsunlar. Amma hansı formada keçiriləcəyini bilmirəm.

– Kimlərdənsə narazılığınız varmı?

– Heç kimdən narazılığım yoxdur. Məsləhət olarsa, yardım edəcəklər. Etməsələr də sağ olsunlar.

– Səhhətinizin müsbətə doğu dəyişəcəyinə ümidiniz varmı?

– Ümid etməkdən başqa nəyə gücüm çatır ki?

Kənan bəyin həyat yoldaşı İlhamə xanımla əlaqə saxlayıb son durumlar haqqında onun da fikirləri

– Kənan bəyin səhhəti ictimailəşəndən sonra sizə nə kimi dəstək göstərildi – istər fiziki şəxslər, istərsə də dövlət qurumları tərəfindən?

– Sağ olsun Kənanın dostları. Hər gün jurnalist dostları, yazar dostları, oxucuları Kənana baş çəkirlər. Qənirə Paşayeva ilk gündən Səhiyyə Nazirliyi ilə bu barədə danışacağını deyib. Bir də Kamal Abdulla bu işi nəzarətdə saxlayacağını bildirib.

– Kənan bəyin durumu necədir? Şikayətiniz varmı ?

– Kənanın durumu o vaxt yaxşı olar ki, sağlamlığına qovuşar. Bu neçə ildə onu depresiyaya düşməkdən, ümidsiz olmaqdan qorumuşam. Həmişə mənə ümid verən ilahi bir qüvvə olub, inanmışam və onu da inandırmağa çalışmışam ki, bu xəstəlikdən xilas olacaq. Bəlkə də bu ümidlər olmasa idi Kənanın vəziyyəti lap pis ola bilərdi. Çünki Kənan həyatın hər cür acısını dadmış bir insandır. Bunu dilinə gətirməsə də, yazılarında həmişə əks etdirib. (Musavat.com)

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə müharibənin mərəkəzində

Next Post

Seçkilər boykot ediləcəkmi?

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Next Post

Seçkilər boykot ediləcəkmi?

Boris Nemtsova iki tapancadan atəş açılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.