"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dövlət qəzeti Abutalıbovu hədəfə aldı – “Bakıda tikinti xaosu yaradıblar”

30 İyun 2017 - 15:39
in MANŞET
Dövlət qəzeti Abutalıbovu hədəfə aldı - “Bakıda tikinti xaosu yaradıblar”
Son vaxtlar tez-tez ciddi tənqidi materiallarla çıxış edən Milli Məclisin mətbu orqanı – “Azərbaycan” qəzeti bu dəfə Bakıdakı tikinti özbaçınalığından söz açaraq, üstü örtülü olsa da, şəhər meri Hacıbala Abutalıbov hədəfə alıb.

BakuPost.az xəbər verir ki, dövlət qəzeti “Bakıda xaotik tikinti dövrü başa çatdı” başlıqlı yazıda ayrı-ayrı tikinti şirkətlərini tənqid edir, paytaxtda tikinti sahəsində biabırçı mənzərənin olduğu bildirilir:

“Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların ərazisində yaşayış binalarının inşası ilə bağlı kifayət qədər fakt göstərmək olar. Bəzən isə binalar yaşayış məhəllələrində məsafə gözlənilmədən tikilib.

Təbii ki, bu da həmin məhəllədə darısqallığa səbəb olmaqla orada yaşayan sakinlərin rahatlığını pozub. Həm də hər dəfə bu binalar tikiləndə məhəllədə olan ağaclar kəsilib, uşaqların əyləncəsi üçün nəzərdə tutulan ərazilər ləğv edilib”.

Yazıda qeyd olunub ki, tikinti şirkətləri yaşayış binalarını daha çox birmərtəbəli yaşayış evlərinin yerində inşa ediblər:

“Bu zaman da şəhərsalma prinsipləri kobud şəkildə pozulub. Məsələn, birmərtəbəli evlərdən ibarət hansısa böyük ərazidə bir neçə şirkət tərəfindən binalar inşa olunub. Bu zaman kim harada gəldi sakinlərlə anlaşıb və bir neçə evi satın alıb.

Beləliklə, ərazidə ara məsafələrinə riayət edilmədən xaotik şəkildə binalar tikilib. Bu binalar həm bir-birinə son dərəcə yaxın inşa edilib, həm də yersiz şəkildə aralı. Həmin aralı binaların arasında qalan birmərtəbəli evlər isə artıq heç kimə lazım deyil.

Çünki onları söküb yerində hündürmərtəbəli binalar inşa etmək mümkün deyil. Beləliklə, bir-biri ilə yanaşı olan hündürmərtəbəli binalar və birmərtəbəli evlər indi Bakının görkəminə xələl gətirən ciddi problemlərdən biri kimi qalmaqdadır. Bu həm də ekoloji və sanitar problemlərin yaranmasına səbəb olan amillərdəndir”.

“Azərbaycan” qəzeti yazıb ki, digər bir problem isə tikinti şirkətlərinin həyata keçirdiyi layihələrin bir-birindən fərqli olması nəticəsində yaranan acınacaqlı mənzərədir: “Belə ki, eyni ərazidə bir şirkət 16 mərtəbəli bina, digəri isə onun yanında 12 mərtəbəli bina tikib.

Digər şirkət isə iki 10 mərtəbəli bina inşa edib. Bu binalardan biri 3 bloklu, biri 1 bloklu, digərləri 6 blokludur. Hər biri də binanı fərqli şəkildə boyayıb. Beləliklə, arxitektur tələblərin pozulması nəticəsində şəhərin görünüşü korlanır.

Tikintinin vüsət almasından sonra yaranan problemlər isə bununla bitmirdi. Belə ki, tikinti üçün torpaq sahələri ayrılarkən mühəndis-axtarış işlərinin lazımi səviyyədə aparılmaması, tikinti işlərinin mövcud kommunikasiya xətlərinin təhlükəsizlik zolaqlarında həyata keçirilməsi, layihələndirmə sənədlərinin düzgün hazırlanmaması, tikintidə keyfiyyətsiz, standartlara cavab verməyən materiallardan istifadə olunması, tikinti norma və qaydalarının kobud pozulması son dövrlər bu sahədə ortaya çıxan problemlər kimi diqqəti çəkib.

Bir sıra hallarda isə tikinti şirkətləri tərəfindən müəyyən olunmuş tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmaması bu tikintilərdə qəza halları, yanğınlar və orada çalışan insanların həyatlarını itirmələrinə gətirib çıxaran bədbəxt hadisələrlə nəticələnib”.

Qeyd edək ki, Bakıda binalar yalnız Bakı Şəhər İcra Hakimiyyətinin təsdiqlədiyi layihələr və sərəncamlar əsasında tikilir.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirlər görüşəcək

Next Post

Milli Məclis 2017-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Milli Məclis 2017-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi

Azərbaycanın nazirləri qonaqlıqda (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.