Dövlət İmtahan Mərkəzinin (DİM) hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov dövlət qulluğuna test imtahanları ilə bağlı dəyişikliklərin edildiyini bildirib.
Elchi.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Vüqar Əsgərov “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda çıxış edib.
Şöbə müdiri bildirib ki, dövlət qulluğunun test imtahan mərhələlərində açıq tipli və esse tipli testlərdən istifadə olunacaq.
V.Əsgərov qeyd edib ki, vakant vəzifənin tutulması barədə qərar vakant vəzifələrin yarandığı gündən bir ay müddətinə verilir. O deyib: “Vakant vəzifə daxili müsahibə nəticəsində tutulmadıqda 30 gün müddətində ümumi müsahibə barədə qərar qəbul edilir. Vakant vəzifə ümumi müsahibə nəticəsində tutulmadıqda müsabiqə keçirilir”.




