"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Dövlət rüsumları qanunla müəyyənləşməlidir”

18 Oktyabr 2022 - 15:58
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qüdrət Həsənquliyev: “Mən bilirəm ki, dövlət orqanlarının hazırda pula ehtiyacı var, amma tam əminliklə deyirəm ki, vətəndaşlarımızın ehtiyacı daha çoxdur”

“Konstitusiyanın 73-cü maddəsində qeyd olunur ki, qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişlər tələb oluna bilməz. Yəni həm verginin, həm də digər ödənişlərin həcmi qanunla müəyyənləşməlidir”.
Elchi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. “Mən bilirəm ki, dövlət orqanlarının hazırda pula ehtiyacı var”, – deyən millət vəkili “amma tam əminliklə deyirəm ki, vətəndaşlarımızın ehtiyacı daha çoxdur”, – deyə vurğulayıb: “Mən sizə indi dövlət rüsumu haqqında qanunun 1.1-ci bəndini oxuyacağam. Orada göstərilir ki, dövlət rüsumu nə deməkdir. Dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə, (sənədlərinn tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır. Bunu nə üçün deyirəm? Burada biz həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna, həm də Torpaq Məcəlləsinə dəyişiklik edirik. Müvafiq dövlət qurumuna səlahiyyət veririk ki, o özü əlavə xidmət haqqı alsın. Halbuki konstitusiya da buna imkan vermir. Dövlət orqanı göstərdiyi xidmətə görə, rüsum ala bilər. Amma bu rüsumun həcmini də biz, dövlət rüsumu haqqında qanunla müəyyənləşdirməliyik. Və “Dövlət rüsumu haqqında” qanunun birinci bəndini oxudum ki, əslində o rüsum göstərilən xidmətlərə görə alınan vəsaitdir. Əgər hansısa xidmətə görə, daha çox pul almaq lazımdırsa, gəlin rüsumları qaldıraq. Amma dövlət orqanına səlahiyyət verə bilmərik ki, o özün əlavə xidmət haqqı alsın. Əli Hüseynli təsdiq edə bilər, bizim komitə iclaslarının birində mən bu məsələni qaldırdım. Bu məsələ həm də dövlət quruculuğu və hüquq siyasəti məsələsidir. Məsələn, “Dövlət rüsumu haqqında” qanunda yazılıb ki, kimsə mənzili üçün çıxarış alırsa, onun qiyməti 50 manatdır. Amma kimsə çoxmərtəbəli binada bir 14 kvadratmetr qaraj alırsa, burada ASAN Xidmət xidmət göstərmir. Onu göndərirlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və həmin şəxsə orada xidmət göstərilir. Xidmət də nədir? Ölçülərə baxırlar, onsuz da ölçülər var idi. Yenidən ölçülər götürürlər. Təqribən 500 manatdan artıq pul alırlar. Bir evin çıxarışı təqribən 920 manatdan artıq vəsaitə başa gəlir. Məhz belə halları nəzərə alaraq, deyirəm ki, biz, dövlət orqanlarına bu səlahiyyətləri verə bilmərik. Bu konstitusiyaya ziddir. Konstitusiyada da qeyd olunur ki, dövlət rüsumları qanunla müəyyənləşməlidir. Yəni biz qanunu qəbul etməliyik, Prezident də onu imzalamalıdır. Amma belə səlahiyyətlər verməklə həm də “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanunun pozuruq. Dövlət orqanlarına belə geniş imkanlar veririk, həm də vətəndaşlarımzın vəziyyətini ağırlaşdırırıq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kamran Əliyev Türkiyəyə getdi

Next Post

General bu təkliflə Putinə müraciət etdi: SON qərarı Rusiya Prezidenti verəcək…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
General bu təkliflə Putinə müraciət etdi: SON qərarı Rusiya Prezidenti verəcək…

General bu təkliflə Putinə müraciət etdi: SON qərarı Rusiya Prezidenti verəcək...

PKK terrorçusu İstanbulda ələ keçdi

PKK terrorçusu İstanbulda ələ keçdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.