"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Dövlət tibb müəssisələrinin böyük bir hissəsi özəlləşdirilə bilər” – Əli Əhmədov

29 Dekabr 2015 - 10:45
in XƏBƏR LENTİ

“"Dövlət tibb müəssisələrinin böyük bir hissəsi özəlləşdirilə bilər" -  Əli Əhmədov

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

A A A

Azərbaycanda bütün dövlət tibb müəssisələri olmasa da, onların əhəmiyyətli bir hissəsinin özəlləşdiriləcəyi gözlənilir.

Yeni Azərbaycan Partiyasının İcra katibi – sədr müavini, Baş nazirin müavini Əli Əhmədov müsahibəsində bildirib ki, bəzi ölkələrdə səhiyyə daha çox dövlətin nəzarətindədir: “Məsələn, İngiltərədə səhiyyə xidmətinin göstərilməsi və maliyyələşdirilməsi bütünlüklə dövlətin nəzarətindədir. Xəstəxanalar da dövlət xəstəxanalarıdır, amma başqa ölkələrdə səhiyyə müəssisələri ya bütünlüklə özəlləşdirilib, ya da hər iki forma var. Hesab edirəm ki, Azərbaycanda da müəyyən müddət qarışıq forma fəaliyyət göstərəcək”.

Baş nazirin müavini qeyd edib ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə dövlət müəssisələri ciddi şəkildə yenidən qurulub, təmir edilib, ən müasir avadanlıqlarla təmin edilib: “Həmçinin burada yüksək hazırlıq keçmiş, Azərbaycandan kənarda – Avropada, Türkiyədə təhsil almış və yaxşı həkimlik dərəcəsinə sahib olmuş tibb işçiləri çalışırlar. Ona görə də müəyyən müddət, əhəmiyyətli bir dövrdə Azərbaycanda qarışıq forma istifadə olunacaq”.

Ə.Əhmədov deyib ki, Azərbaycan bu dövlət müəssisələrinə həddindən artıq çox maliyyə vəsaiti sərf etdiyindən onların satışa çıxarılması o qədər real görünmür. Baş nazirin müavini qeyd edib ki, müəssisələrin əksəriyyəti təmir edildiyindən, yeni avadanlıqlarla təchiz edildiyindən onlar kifayət qədər baha qiymətə satılmalıdırlar. Buna görə də bu müəssisələr ən azından amortizasiya dövrü keçənə qədər dövlət müəssisəsi olaraq qalacaqlar: “Güman edirəm ki, gələcəkdə bu müəssisələrin yenidən qurulması məsələsi ortaya çıxanda Azərbaycan dövləti də bir çox ölkələrin, o cümlədən qonşu ölkələrin praktikasına uyğun şəkildə – əlbəttə, bütün dövlət tibb müəssisələri olmasa da, əhəmiyyətli bir hissəsini özəl sektora vermək haqqında qərar çıxaracaq. Amma bu, gələcəyin işidir”.

Ə.Əhmədov onu da bildirib ki, Azərbaycanda kifayət qədər özəl müəssisələr var: “Əlbəttə, mən bu özəl müəssisələrin xidmət keyfiyyətlərinin yüksəlməsini çox arzulayardım. İndi çoxlu sayda xidmət keyfiyyəti yüksək olmayan özəl səhiyyə müəssisələri var. Hesab edirəm ki, Səhiyyə Nazirliyi bu səhiyyə müəssisələrinə diqqət ayıracaq və onların göstərdiyi xidmətlərin keyfiyyətini daha ciddi şəkildə araşdıracaq. Çünki bu, insanların sağlamlığı ilə bilavasitə əlaqəli olan məsələdir”./trend

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Banklar əhalinin pulunu qaytarmır

Next Post

“Azəryolservis” də Ziya Məmmədovdan alındı – Sərəncam

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Azəryolservis” də Ziya Məmmədovdan alındı - Sərəncam

Ramiz Mehdiyevin məqaləsini kim silib?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.