10:19
Xuliqanlıqda təqsirləndirilən tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Bu barədə Elchi.az-a Rza Rzayevin vəkili Səlahəddin Cəfərov bildirib.
Onun sözlərinə görə, Ali Məhkəmədə keçiriləcək proses 25 oktyabr saat 10:25-ə təyin edilib.
Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib.






