Ermənistanın milli valyutası günbəgün dəyərini lap çox itirir
Ermənistanda kommersiya bankları və valyuta dəyişmə məntəqələri yanvarın 30-da bir dolları 474 drama alır.
ANS PRESS-in Rate.am saytına istinadla verdiyi xəbərə əsasən, bu gün saat 14:40-a olan vəziyyətə görə, bir dolların alışı ən aşağı məzənnəsi “Araratbank”da 473 dram təşkil edib. Ən yüksək alış kursu isə “Armbiznesbank”da və BTA bankda qeydə alınıb – 476 dram.
Satışa gəldikdə isə “Prometey” bankda bir dollar 478,5 drama, “Armbiznesbank”da isə 480 dramdır. Orta məzənnə 479 dram təşkil edir.
Ermənistan banklarında avronun alış kursu orta hesabla 534 dram təşkil edir. Ən aşağı kurs “Arsaxbank”da 531 dram, ən yüksək kurs isə 539 dramla BTA bankda qeydə alınıb.
Banklar bir avronu orta hesabla 547 drama satır. “Konvers” və “Prometey” banklarında 544 dram, “Ardşinbank”, “Yunibank” və “Biblos Ermənistan” banklarında 547 dramadır.
ANS PRESS



