Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikasının hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 210 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеriib.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkədən çıxışı qadağan olan 331 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 23 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.





