"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

DSX rəisi Ermənistanla sərhədə getdi – FOTOLAR

28 Dekabr 2018 - 16:24
in CƏMİYYƏT, MANŞET
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Er­mə­nistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sər­həd döyüş məntəqələrində olub, təmas xəttində döyüş tapşırığını ye­rinə yetirən hərbi qulluqçularla görüşüb.

DSX-nın Mətbuat Mərkəzindən  verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur duyan və xüsusi hazırlıq keçmiş heyət sırasında olmaları ilə fəxr edən sərhədçi hərbi qulluqçular düşmənin hər hansı təxribatının qarşısını almaq üçün daima hazır olmala­rını məruzə etmiş, döyüş ruhlarının yüksək olmasını nümayiş etdiriblər.
Dövlət Sərhəd Xidmətinin rəisi “Qazax” sərhəd dəstəsinin xidməti əra­zisindəki əməliyyat şəraiti, həmçinin ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında Sərhəd Qoşunları Komandanının və digər rəhbər vəzifəli şəxslərin məruzələrini dinləmiş, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının ən yüksək səviyyədə icra edilməsi, döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin dö­yüş ruhunun və vətənpərvərlik hislərinin yüksəldilməsi, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli orqanları, Müdafiə Nazirliyinin xidməti ərazidə dislokasiya olunan hərbi hissə və birləşmələri ilə qarşılıqlı əlaqələrin daha yüksək səviyyədə təşkil olunması, Qazax və Ağstafa rayonlarında yerli icra hakimiyyəti orqanları və vətəndaşlarla münasibətlərinin genişləndirilməsi istiqamətində göstərişlərini verib.
E.Quliyev Qazax və Ağstafa rayonlarının əra­zisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı müasir sərhəd mü­ha­fizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sər­həd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazar­malarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış ol­muş, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərin gedişatını yox­la­yıb.
DSX rəisi sər­həd dö­yüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib, şəxsi heyətlə birgə nahar edib, qar­şıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bay­ramı müna­sibətilə sərhədçiləri təbrik edib, çətin və məsuliyyətli, ağır olduğu qədər də şərəfli xidmətlərində uğur və müvəffə­qiyyətlər arzulayıb.













Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda kriminal “hesablaşma”da güllələnən gəncin fotoları

Next Post

Bakcell və “ASAN Məktub” leykemiyalı uşaqları sevindirdi – FOTO

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
Bakcell və “ASAN Məktub” leykemiyalı uşaqları sevindirdi – FOTO

Bakcell və “ASAN Məktub” leykemiyalı uşaqları sevindirdi – FOTO

Nazirlik: Bayram günlərində hava şəraiti yağmursuz olacaq

Nazirlik: Bayram günlərində hava şəraiti yağmursuz olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.