"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

DTX-də məhkəmələrini gözləyənlər dəhşətli faktlar açıqlayacaq

05 Aprel 2024 - 14:10
in HADİSƏ

22 martda “Krokus Siti Holl”da baş verən qətliamın hərbi təyinatlı dövlət binalarında deyil, mülki obyektdə törədilməsi göstərir ki, kütləvi qəsdin sifarişçiləri bir nəfəri 60 dollara gülləbaran etməklə hədəf seçilən Rusiya ilə yanaşı, keçmiş sovet məkanında xaos yaymaq, dinlər və millətlərarası konflikləri alovlandırmaq, miqrasiya axınlarına zərbə vurmaq, sərhədləri bağlı saxlamaq istəyən dövlət dəstəkli qüvvələrdir.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, cihadçı deyilən icraçıların “Allahu-Əkbər” şüarı söyləmədikləri halda dərhal beynəlxalq mediada İŞİD adı ilə tirajlanması Rusiyanı islam dünyası ilə toqquşdurmağa, din bayraqlı qüvvələrlə mübarizə adı ilə ölkələri yenidən işğal etməyə çalışan, bir vaxtlar Əl-Qaidə və Talibanı silahlandıran dövlətlərdir:

“Halbuki hadisənin islam etiqadlı iş adamına məxsus məkanda törədilməsi, ölən 145 nəfər günahsız insanın, yaralı 500-dən çox adamın içində müsəlmanları görən yoxdur.

Moskva terrorunu müşayiət edən informasiya tələsinə düşüb etnik-milli düşmənçiliyi körükləyənlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın terror aktına qətiyyətli etirazından nəticə çıxarsınlar, yoxsa “Şarl Hebdo” olayında 5 nəfərə görə birlik paradı keçirən qərbli dövlət başçılarının “yaxşı və pis terrorçu” bölgüsü ilə beynəlxalq təhlükəsizliyə zərbə vuracaqlar.

Terrorun silahı “Kalaşnikov” avtomatı, bomba və raketlər deyil, nifrətin, xofun, daxili inamsızlığın artmasıdır, rəsmi hakimiyyətin yox, terror qruplarının mənəvi və siyasi hakimiyyətinin güclənməsidir.

Aktın azərbaycanlı iş adamına məxsus binada baş verməsi dünya erməniliyi üçün azğın antiazərbaycan kampaniyasına rəvac verib. Halbuki ölkəmiz təkcə son 37 ildə 2000 mindən artıq vətəndaşını terror nəticəsində itirib, qəsdlər xüsusilə 90-cı illərdə, erməni işğalının nəticəsi, hətta müharibənin bir parçası olub və Qlobal Terrorizm İndeksi də bunu təsdiqləyir. Köçaryan-Sərkisyanla yanaşı, Gəncəni və Bərdəni vuran, son 3 ildə Qarabağa mina əkən inqilabçı demokratlardan da ziyan çəkmişik”, – o qeyd edib.

Deputat bildirib ki, Xankəndində təslim olan separatçı qüvvələrin ələ keçirilən 35 illik məxfi qovluqları müstəqillikdən bu yana xalqımıza qarşı törədilən terror aktlarını ifşa edəcək:

“DTX təcridxanasında məhkəməsini gözləyənlər Qarakənd faciəsindən Bakı metrosuna qədər çoxsaylı qanlı cinayətlərin sifarişçilərini dilə gətirəcəklər. Bir vaxtlar Şimali Qafqaza Xəttabın ordusu ilə gələnlər indi Ermənistanı hərbiləşmiş zonaya – özü boyda Pankisi dərəsinə çevirir, sərhədlərimizi Avropa kəşfiyyat mərkəzlərinin patrul dəstələri ilə nəzarətə götürməyə çalışırlar.

Ölkəmizdə dini və siyasi casusluğa cəlb olunanlar, o cümlədən Londonda və Tehranda səfirliyimizə hücum edənlər eyni qüvvələrdir.

Lakin hamı bilsin ki, Vətən müharibəsi işğalçılarla bərabər, terror üzərində də qələbədir. Ona görə təklif edirik ki, Türk Dövlətləri Birliyi ilə eyni məqsədli beynəlxalq terror şəbəkələri PKK, İŞİD və erməni terroruna qarşı Yeni Türk Antiterror Mərkəzi yaradılsın”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ Çini daha az məhsul istehsal etməyə çağırır

Next Post

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
İranda 4,9 bal gücündə zəlzələ baş verib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Bakıda turistlər metro deposuna gizli daxil olub, qatarlara ziyan vurublar

Bakı metrosu iş rejimində dəyişikliklər edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.