Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Şurası özəl şirkətə ictimai yollarda avtonom nəqliyyat vasitələrini idarə etmək üçün ilk milli lisenziyanı təsdiqləyib.
Elchi.az xəbər verir ki, bu barədə BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid əl-Məktum məlumat verib.
“Nazirlər Şurasının bugünkü iclasında ölkə yollarında özü idarə edən avtomobillərdən istifadə etmək üçün ilk milli lisenziyanı təsdiq etdik”, – Tvitter hesabında yazıb.
BƏƏ-nin Baş naziri icazəni ixtisaslaşmış “WeRide” şirkətinin aldığını bildirib.






