Dubayda İraq təyyarəsindəki qutudan qaçan ayı reysin gecikməsinə səbəb olaraq sərnişinləri qəzəbləndirib. Əl-Ərəbiyyə xəbər verir ki, vəziyyət sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub, İraqın baş naziri hadisə ilə bağlı araşdırma aparılmasına göstəriş verib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
İraq Hava Yolları, ayının qaçmasında daşıyıcının günahının olmadığını bildirib və əlavə edib ki, ekipaj BƏƏ səlahiyyətliləri ilə əməkdaşlıq edib və onlar heyvanı evtaniya etmək və təyyarədən çıxarmaq üçün mütəxəssislər göndəriblər. Kapitan reysin gecikməsinə görə sərnişinlərdən üzr istəyib. Aviaşirkət əlavə edib ki, ayı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının standartlarına uyğun olaraq qanuni şəkildə daşınıb.
Havar Şəfiyeva






