Polşa prezidenti Anjey Duda Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib ki, Qərb ölkələri Ukrayna ordusu üçün hərbi təchizatı gecikdirərsə, Rusiya ordusu Ukraynada qalib gələ bilər.
Elchi.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Jurnalist Dudaya xatırladıb ki, ABŞ Respublikaçılar Partiyasının bir çox tərəfdarları münaqişənin həlli müqabilində Rusiyaya Ukrayna ərazisinin bir hissəsini verməyə razı olacaqlar. Polşa prezidenti belə bir ssenarini rədd edib və bəyan edib ki, bu cür məsələləri ancaq ukraynalılar həll edə bilər. “Kimsə Rusiyaya güzəşt kimi ərazi vermək istəyirsə, öz ərazisini versin”.
Yeganə





