Polşalı jurnalist Lukaş Vajeha ölkə prezidenti Anjey Dudanın ukraynalı həmkarı Vladimir Zelenski naminə irrasional addımlar atmağa hazır olduğunu bildirib. Elchi.az xəbər verir ki, bu barədə Vajexa “Twitter” sosial şəbəkəsində yazıb.
Vajexa bundan əvvəl NATO-nun Vilnüsdə keçirilən sammitində Ukrayna ilə bağlı qəbul edilən qərarlardan narazılığını bildirən Dudanın sözlərini şərh edib.
“Yaxşı, əlbəttə. Cənab Prezidentin Ukraynaya və onun rəhbərinə qarşı patoloji hissləri hamımıza məlumdur. Əgər bacarsaydı, onların hər iki böyrəyinin çıxarılmasına icazə verərdi”, – deyə siyasətçinin hərəkətlərinə lağ edib
Bundan əvvəl Duda NATO-nun Vilnüsdə keçirilən sammitində Ukrayna ilə bağlı qəbul edilən qərarlardan narazılığını bildirib. O vurğulayıb ki, o, bir neçə ildən sonra ölkənin alyansa qoşulacağına ümid edir, lakin indi Kiyev və Moskva arasında münaqişə səbəbindən bunu mümkünsüz hesab edir.
Havar Şəfiyeva





