Dünya Bankı Azərbaycana ayırdığı krediti təsdiqlədi – 400 mln. dollar

>

Dünya Bankı 2017-ci ilin maliyyə ili ərzində (2016-cı il iyulun 1-dən 2017-ci il 30 iyunadək) Azərbaycana ayrılan 400,25 mln. dollar həcmində kredit və qrantı təsdiqləyib.

Bunu da oxuyun

Elchi.az “APA”ya istinadən xəbər verir ki, 2016-cı ilin maliyyə dövrü ərzində Azərbaycana ayrılan kredit və qrantların həcmi 207 milyon dollar olubsa, bu il üçün bu göstərici 400,25 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, ayrılan kreditin 400 mln. dolları “Cənub Qaz Dəhlizi” layihəsinə, 0,25 mln. dollarlıq qrant isə 2017-2022-ci illər ərzində insan resursları və İKT sahəsində potensialın artırılması ilə bağlı məsələlərin həllinə yönəldiləcək.

Xatırladaq ki, ümumilikdə 2013-2017-ci illər ərzində Dünya Bankı tərəfindən Azərbaycana 1 mlrd. 238,25 mln. dollar kredit ayrılıb.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728