Dünya Bankı Ermənistana 22,6 milyon avro əlavə kredit verəcək. Elchi.az xəbər verir ki, Bunu respublikanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan Milli Assambleyanın iclasında Ermənistan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında kredit sazişinin təsdiq edilməsi məsələsinin müzakirəsi zamanı “Əlavə təhsilin təkmilləşdirilməsi layihəsinin maliyyələşdirilməsi” mövzusunda keçirilən konfransda bildirib.
Vəsaitlər təhsil islahatları proqramının sahələrinin genişləndirilməsinə yönəldiləcək. Nazir müavininin sözlərinə görə, proqram hökumətin 2021-2026-cı illər üçün proqramına tam uyğun olaraq 5 fəaliyyət komponentini nəzərdə tutur.
“Bu vəsait İrəvan, Aştarak, Artaşat və Vanadzorda 4 orta məktəbin əsaslı təmiri və avadanlıqla təchiz edilməsinə sərf olunacaq. Ehtiyacın qiymətləndirilməsi əsasında 200 təhsil müəssisəsində müasir elm və mühəndislik laboratoriyaları yaradılacaq”, – deyə qurum rəsmisi bildirib.
Şayəstə Hüseynova





