Dünya Bankının Trast Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ukrayna büdcəsinə 1.7 milyard dollar qrant yardımı ayırıb.
Bu barədə Ukrayna Baş naziri Denis Şmiqal “Twitter”də bildirib.
“Bu, ABŞ-ın son iki həftədə verdiyi ikinci qrantdır, yardımın ümumi məbləği 3 milyard dollardır. İnanılmaz dəstəyə görə ABŞ Prezidenti Co Baydenə minnətdarıq”, – Ukrayna Baş naziri qeyd edib.
Qrant yardımı geri qaytarılmayan əsaslarla Ukraynanın dövlət büdcəsinə daxil edilir, vəsait tibbi zəmanət proqramı çərçivəsində ölkədə tibbi xidmətlərin ödənilməsi üçün dövlət büdcəsinin xərclərinin həyata keçirilməsinə yönəldiləcək.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...






