Dünya birjalarında neft ucuzlaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar azalaraq 45,16 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar azalaraq 46,47 dollar olub.
Azərbaycan neftidə ucuzlaşıb. “AzeriLight” markalı neftin 1 barrelinin qiyməti 0,43 dollar və ya 0,90% azalaraq 47,27 dollar təşkil edib.




