
Xocalıdan köçkün düşmüş şəxslər, onların övladları üçün idman klubu yaradılıb.
BakuPost.az xəbər verir ki, klubun rəhbəri kikboksinq üzrə beşqat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, dəfələrlə beynəlxalq turnirlərin qalibi Ehram Məcidovdur. O saytımıza açıqlamasında bildirib ki, klubun yaradılması barədə qərar bu ilin fevralın 26-da qərara gəlinib: “Xocalı soyqrımını anarkən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, hörmətli millət vəkili Adil Əliyevlə belə bir qərar qəbul etdik. Və bir neçə peşəkarları dəvət etməklə işimizə başladıq”.



