"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünya iqtisadiyyatı təhlükə altındadır – Şahinoğlu

09 Oktyabr 2023 - 14:11
in İQTİSADİYYAT

Yaxın Şərqdə baş verənlər dünyanın diqqətini bu bölgəyə cəlb edib. Vaşinqton İsrail sahillərinə hərbi gəmilərini göndərib. ABŞ-ın narahat olduğu başqa bir bölgə də var. Amerika Birləşmiş Ştatlarının Virçiniya ştatında Tayvanın təhlükəsizliyi ilə bağlı konfrans keçirilib. Konfrans iştirakçıları Çinin Tayvanı ələ keçirməsinin mümkünlüyü mövzusunu müzakirə ediblər. Toplantıda Tayvanı idarə edənlərin böyük qrupu iştirak edib. ABŞ-ı isə Dövlət Departametinin, Pentaqonun yüksək rütbəli nümayəndələri təmsil ediblər.
Elchi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“ABŞ Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Pekini Tayvanı güc yolu ilə ələ keçirmək təşəbbüsünə qarşı çıxış edən dövlətlərin sayı artıb. Vaşinqton adaya hücumu dünya nizamının pozulması kimi qiymətləndirir. ABŞ buna görə Tayvanın hərbi gücünü artırmağa çalışır. Bundan başqa ABŞ müttəfiqləri ilə birgə Tayvan adası ətrafında hərbi təlimlər keçirir. Entoni Blinken “Atlantik” dərgisinə verdiyi müsahibədə deyib ki, Pekini Tayvanla bağlı planlarından çəkindirmək üçün bütün gücünü səfərbər edib.
Buna baxmayaraq, Çin lideri Si Szinpin mövqeyində qətidir. O, Çin Xalq Respublikasının yaranmasının 74-cü ilində yenə eyni fikri təkrarlayıb: “Heç bir qüvvə Tayvanın Çinə birləşdirilməsinin qarşısını ala bilməz”. Çin lideri “Vahid Çin” prinsipinə sadiqdir. Vaşinqton Pekinin ərazi bütövlüyü əleyhinə çıxmasa da, “Vahid Çin” ideyasınını reallaşmasına mane olmağa çalışır. Amerikada Tayvanla bağlı keçirilən konfransda məhz Pekinə mane olmağın yolları müzakirə edilib. Konfransda Tayvanda 2024-cü ilin yanvarında keçiriləcək administrasiya rəhbərliyinə seçkilər də müzakirə edilib”, – politoloq bildirib.
Şahinoğlu qeyd edib ki, Çin Tayvanı ələ keçirmək üçün müharibəyə başlayarsa, bu dünya iqtisadiyyatına da mənfi təsir edəcək:
“Dünyada dənizlər vasitəsilə daşınan yüklərin 50 faizi Tayvan boğazından keçir. Bundan başqa dünyada yarımkeçiricilərin 70 faizi Tayvanda istehsal olunur. Müharibə olarsa, qlobal iqtisadi xaos baş verəcək. Amerikalı rəsmilər və ekspertlər Çini bəzi hallarda Rusiyadan daha təhlükəli dövlət kimi qiymətləndirirlər. Entoni Blinken də bununla razıdır. Blinken Çinin iqtisadi, siyasi, diplomatik və hərbi potensialının Rusiyanı üstələdəyi fikrindədir. Çin-Rusiya ittifaqı ABŞ üçün daha böyük təhlükə kəsb edir. Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də Çinə iki günlük səfərə hazırlaşır. Putin Pekində “bir yol, bir kəmər” forumunda iştirak edəcək”.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsrail ordusu Qəzzada HƏMAS-ın tam məhv edilməsi mərhələsinə keçdiyini bəyan etdi

Next Post

İran: Hücumda iştirak etmirik, ancaq…

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
İranın durumu SSRİ-nin son günlərinə oxşayır – Leylaz

İran: Hücumda iştirak etmirik, ancaq...

Qüds raket atəşinə tutuldu

Qüds raket atəşinə tutuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.