Dünyanın bir tərəfində həddindən artıq istilər, digər tərəfdə tufanlar və daşqınlar… İtaliya həddindən artıq temperatur və cənubda meşə yanğınları, şimalda isə fırtına ilə sınaqdan keçirilir. Pakistanda musson yağışları daşqınlara səbəb olub. Hindistanda çayda suyun səviyyəsi qalxıb, avtomobillər su altında qalıb.
İsti hava yandırır. Fırtınalar və yağışlar dağıntılara səbəb olur.
Elchi.az xəbər verir ki, İtaliyanın şimalı və cənubu müxtəlif hava şəraitinin təsiri altındadır.
Yanan Kalabriya bölgəsi və Siciliya adası meşə yanğınları ilə mübarizə aparır. Siciliyada irili-xırdalı 86 aktiv yanğınla mübarizə aparılır. Yanğınların birbaşa və dolayı təsiri nəticəsində 4 nəfər həlak olub. Yanğınlara müdaxilə edən 1 meşə işçisi və 2 yanğınsöndürən yaralanıb.
Palermo hava limanında güclü tüstü səbəbindən nəqliyyat müvəqqəti olaraq dayandırılıb.
Bir çox magistral yollar da nəqliyyatın hərəkəti üçün bağlanıb.
Ölkənin şimalında tufan təsirli olur… Ağaclar aşıb. İşarələr uçdu. Bəzi avtomobillərə ziyan dəyib.
Monza və Milan şəhərlərinin bölgəsinə təsir edən şiddətli tufan səbəbindən yerlərdə elektrik şəbəkəsi sıradan çıxıb.
Musson mövsümünü yaşayan Pakistanın Kəraçi şəhərində küçə və küçələri su basıb. Onlarla avtomobil su altında qalıb.
Hindistanın Noida şəhərində leysan yağışlar səbəbindən Hinton çayında suyun səviyyəsi qalxıb. Maşınlar su altında qalıb.
Həddindən artıq istilər Afrika qitəsində də təsirlidir… Əlcəzairdə yanğınlarda ölənlərin sayı 34-ə yüksəlib. Əlcəzairdə meşə yanğınları söndürülüb. Mühafizə və soyutma işlərinin davam etdiyi açıqlanıb.
Tunisdə də oxşar vəziyyət hökm sürür. Temperaturun bəzi yerlərdə 50 dərəcəni keçdiyi ölkədə 170 nəfər meşə yanğınlarında zərər çəkib. Yanğınlarla əlaqədar 2500 nəfər təxliyə edilib.
Nuranə Məmmədova





