"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünya mediası “ASAN xidmət indeksin”i haqda

29 İyun 2016 - 14:53
in XƏBƏR LENTİ

Dünyanın nüfuzlu xəbər agentlikləri, o cümlədən NBC Right Now, FOX TV, Herald News, New York Business Journals, Daily Times, Daily News, The Sun, Yahoo News Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 9 iyun tarixli Fərmanı ilə qəbul edilən “ASAN xidmət indeksi” barədə geniş məlumat dərc ediblər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Məqalənin hədəflədiyi oxucu sayı isə 90 milyondan çoxdur.

Məqalədə qeyd olunur ki, dövlət xidmətlərinin göstərilməsi keyfiyyətinin obyektiv meyarlar əsasında qiymətləndirilməsi onların keyfiyyətinin artırılması və inkişafı üçün vacib mexanizmlərdən biri hesab edilir. Bu ayın əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət xidmətlərinin göstərilməsi keyfiyyətini müəyyən edəcək “ASAN xidmət indeksi”nin yaranması ilə bağlı Fərman imzalayıb. Bu indeks “ASAN xidmət” standartları əsasında hazırlanıb. Qeyd edək ki, “ASAN xidmət” Azərbaycanın brendi olaraq tanınan və vahid məkan prinsipi əsasında dövlət xidmətlərini göstərən xidmət mərkəzləridir.

“ASAN xidmət” fəaliyyətə başladığı gündən vətəndaşın məmnunluq əmsalı daima yüksək səviyyədə qalır və xidmətlərdən məmnunluq dərəcəsi 98-100% arasında dəyişir. Həmçinin “ASAN xidmət” dünyada dövlət xidmətlərinin göstərilməsi üzrə BMT-nin ən nüfuzlu mükafatına, “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Məqalədə bildirilir ki, “ASAN xidmət indeksi”ni təşkil edən parametrlərə xidmət barədə məlumatlandırma, xidmətə müraciət imkanları, xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçirilməsi, şikayət və nəzarət mexanizmləri, vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri daxildir. “ASAN xidmət indeksi”nin əhəmiyyətini başa düşmək üçün, qiymətləndirmə indikatorlardan bəziləri barədə izah vermək vacibdir.

Dövlət xidmətləri üçün müxtəlif müraciət imkanlarının çoxluğunun vətəndaşların rahatlığını təmin etdiyi, bununla da xidmət göstərənlər arasında rəqabətin yarandığı və bunun da onları ən yaxşı standartlara cavab verməyə təşviq etdiyi məqalədə qeyd olunur.

Həmçinin vurğulanır ki, inkişaf etməkdə olan dövlətlərdə olan problemlərdən biri də odur ki, xidməti həyata keçirənlərin informasiya sistemləri elektron deyil, elektron olduğu halda isə onların elektron sistemi digər dövlət orqanlarının informasiya sistemi ilə inteqrasiya olunmayıb. Bu qiymətləndirmə meyarı dövlət orqanlarını vahid elektron çərçivədə kağız əsaslı xidmətdən elektron xidmətə tam keçidə sövq edəcəkdir. “ASAN xidmət indeksi” həmçinin dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidməti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində göstərə bilməsi imkanını qiymətləndirəcək. Bu çox vacib elementdir ki, vətəndaşlar və sahibkarlar dövlət xidmətləri üçün uzun müddət gözləmək istəmirlər, çünki vaxt müştəri perspektivindən pul deməkdir.

“ASAN xidmət indeksi” qərar qəbul edən şəxslərə dövlət xidmətlərinin göstərilməsində olan çatışmazlıqları müəyyən etməyə kömək edəcək və onları bu sahədə səmərəliliyin artırılması üçün bir sıra tədbirlərin görülməsinə sövq edəcəkdir. Sonda qeyd olunur ki, “ASAN xidmət indeksi” obyektiv parametrlər əsasında olan ilk qiymətləndirmə indeksi olacaq, hansı ki, dövlət xidmətlərinin göstərilməsinə innovasiyalar gətirəcək və vətəndaşların həyatına, biznes mühitinə müsbət formada təsir edəcəkdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin və Ərdoğanın 40 dəqiqəlik söhbəti

Next Post

İlham Əliyev Ərdoğana zəng etdi: `Türkiyənin yanındayıq`

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İlham Əliyev Ərdoğana zəng etdi: `Türkiyənin yanındayıq`

"Rusiya rəsmisi İstanbul terrorunun hədəfini açıqladı"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.