"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünya mediası Lapşinin Azərbaycana gətirilməsindən yazdı

08 Fevral 2017 - 16:14
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Dünya mediası Lapşinin Azərbaycana gətirilməsindən yazdı
Dağlıq Qarabağa Azərbaycan hökumətindən icazəsiz dəfələrlə səfər etmiş blogger Aleksandr Lapşinin Minskdən Bakıya gətirilməsi dünya mətbuatının diqqət mərkəzindədir.
Dünyanın nüfuzlu xəbər agentlikləri və saytları Lapşinin Azərbaycana gətirilməsini müxtəlif başlıqlarla dərc edib.
Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi ilə bağlı Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, İsrail, Ermənistan və Avropa mətbuatına xəbərlər tirajlanıb.
Türkiyənin «Haberler.com», «Milliyet.com» «İha.com» və digər nüfuzlu agentlikləri “Dağlıq Qarabağa icazəsiz səfər etmiş rus bloger Aleksandr Lapşin Azərbaycana təhvil verildi”, “Rus bloger Azərbaycana təhvil verildi” başlıqları ilə Lapşinin Azərbaycana verilməsini ölkəmizin uğuru kimi dəyərləndiriblər.
Rusiya və İsrail mətbuatı da Lapşinin Azərbaycana gətirilməsini geniş şəkildə işıqlandırıb.
İsrailın əksər mətbuat orqanları Lapşinlə bağlı xəbərləri «Rusiya, İsrail və Ermənistanın etirazlarına baxmayaraq, Belarus Lapşini Azərbaycana təhvil verdi» kimi cümlələrə təqdim edib.
Lapşinin Azərbaycana təhvil verilməsinə açıq etiraz edən Rusiya mətbuatı bloggerin xüsusi təyyarə və qandallı şəkildə xüsus təyinatlı qrup tərəfindən gətirilməsinə diqqət çəkib.
Ermənistan mətbuatı isə Lapşinin Azərbaycana təhvil verilməsi ilə Dağlıq Qarabağa turist səfərlərinin azalacağına diqqət çəkib. Mətbuat Dağlıq Qarabağa səfər edən xarici ölkə vətəndaşlarının bundan sonra ikinci dəfə düşünəcəyini yazıb. Yəqin ki, Azərbaycan və Belarus hakimiyyətlərinin qətiyyətli addımları nəticəsində cəzalandırılan Lapşin Qarabağa qanunsuz səfər etməyə hazırlaşan xarici ölkə vətəndaşlarına və siyasi fəallarına bir “dərs” olar.
Qeyd edək ki, Lapşin Bakıya ötən gün axşam saatlarında gətirilib. Lapşin Rusiya, İsrail və Ukrayna vətəndaşıdır.
Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvan Bakının xəbərini təsdiqlədi: İtkiləri var

Next Post

ABŞ ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirildi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirildi

Sabah Bakıda sulu qar, rayonlarda qar yağacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.