BMT Təhlükəsizlik Şurası dövlət başçıları səviyyəsində iclas keçirməli və nüvə müharibəsinin heç vaxt aparılmaması barədə qətnamə qəbul etməlidir.
Axar.az xəbər verir ki, bu sözlər Mixail Qorbaçovun “Taym” jurnalında dərc edilən məqaləsində yer alıb. O, bu addımın təcili atılmalı olduğunu bildirib:
“Məncə, bu qətnamə ilə bağlı təşəbbüs dünyanın nüvə arsenalının 90%-nə sahib olan ABŞ və Rusiya liderlərindən gəlməlidir. Nüvə təhdidi bu gün də real görünür. İki böyük güc arasındakı pis münasibət son bir neçə il ərzində çox pisə çevrilib. Siyasətçilər və hərbçilər özlərini düşmən kimi aparırlar. Hərbi doktrinalar daha təhlükəli olmağa başlayır. Televiziya proqramlarının aparıcıları və analitiklər belə bu hərbi xora qoşulurlar. Hər şey sanki dünyanın müharibəyə hazırlaşdığı vəziyyətində görünür”.




