Dünyanın ən yaxşı 500 universitetinin reytinqi tərtib edilib.
Reytinq Şanxay Reytinq Təşkilatı (Shanghai Ranking Consultancy) tərəfindən tərtib edilib. Yeni hazırlanan reytinqə 14-cü dəfə ABŞ-ın Harvard Universiteti rəhbərlik edib. Reytinq cədvəlində ilk onluğa Berkli, Stenford, Kembric, Massaçusets, Priston, Oksford, Kolumbiya və Çikaqo universitetləri daxil olublar.
Keçmiş SSRİ ölkələrindən ilk beşyüzlüyə yalnız Estoniyanın Tartu Universiteti daxil olub. Reytinq cədvəlində həmçinin Türkiyədən 1, İrandan 2, Rusiyadan 3 universitet yer alıb. Yalnız Moskva Dövlət Universiteti ilk yüzlüyə daxil olaraq 87-ci pillədə qərarlaşıb.




