Çin saniyədə 1,2 terabit (1200 giqabit) məlumat ötürmə sürəti ilə dünyanın ən sürətli internetini istifadəyə verib. “South China Morning Post” yazır ki, layihə Tsinghua Universiteti, telekommunikasiya operatoru China Monile, həmçinin “Huawei Technologies” və “Cernet Corporation” tərəfindən həyata keçirilib. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Qeyd olunur ki, Pekin, Uhan və Quançjouda rekord sürətə malik fiber optik internet kabeli çəkilib.
Qeyd edək ki, bundan əvvəl ekspertlər analoji məlumat ötürmə sürəti ilə şəbəkənin fəaliyyətə başlamasının yalnız 2025-ci ildə mümkün olduğunu güman edirdilər.
Havar Şəfiyeva





