Birləşmiş Millətlər Təşkilatının (BMT) 2022-ci il məlumatlarına görə, dünyada 108,4 milyon insan hərbi münaqişələr, təqiblər, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Elchi.az bu barədə News.am-a istinadən bildirir.
Bu göstərici ardıcıl onuncu dəfə maksimuma yüksəlib. 2023-cü ilin may ayına qədər bütün dünyada qaçqınların sayı 110 milyona çata bilər. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) iyunun 14-də dərc olunmuş “Qlobal tendensiyalar” illik hesabatında deyilir.
Bu göstəricinin kəskin artmasının əsas səbəbi Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir. Ukraynadan gələn qaçqınların sayı 2021-ci ilin sonundakı 27 300 nəfərdən 2022-ci ilin sonunda 5,7 milyona yüksəlib. BMT QAK-ın məlumatına görə, bu, İkinci Dünya Müharibəsindən sonra ən sürətli mühacirət dalğasıdır. Bundan əlavə, 2022-ci ildə bütün dünyada məcburi köçkünlərin sayının artması Əfqanıstandan olan qaçqınların təxmini sayının yenidən hesablanması, eləcə də digər hərbi münaqişələr, xüsusən də Sudanda baş verənlərlə izah olunur.
Üstəlik, qaçqınların çoxu dünyanın ən zəngin olmayan ölkələri tərəfindən qəbul edilib. BMT bildirir ki, məcburi miqrantların beşdə birindən çoxu ən az inkişaf etmiş 46 ölkədədir ki, bu da qlobal ÜDM-in 1,3 faizindən azını təşkil edir.
Hesabata görə, 2022-ci ildə Cənubi Sudan, Suriya, Kamerun və Fil Dişi Sahili kimi 38 ölkədə 339 mindən çox qaçqın öz vətənlərinə qayıdıb. Məcburi köçkünlər arasında Efiopiya, Myanma, Suriya, Mozambik və Konqo Demokratik Respublikası da daxil olmaqla 5,7 milyon insan öz yaşayış yerlərinə qayıdıb.
Yeganə





