Dünyanı məhvə aparan dərman qadağan edilir

Bunu da oxuyun

Dünyanı məhvə aparan dərman qadağan edilir

ABŞ-da istehsalına başlanılan və qısa müddətdə yayılmış, kənd təsərrüfatında istifadəsi nəzərdə tutulan “Roundup” dərmanı qadağan edilir.

Xərçəng xəstəliyinə səbəb olduğu ehtimal edilən “Roundap” Kaliforniya ştatında 7 iyuldan etibarən qadağan ediləcək. “Roundup”ın tərkibində olan qlifosatın xərçəng xəstəliyinə səbəb olduğu bildirilir. Bu qərar bir çox aktivist tərəfindən məmnuniyyətlə qarşılanıb.

Qeyd edək ki, dərmanı istehsal edən Monsanto şirkəti uzun müddətdir ki, insanların sağlamlığına zərər vuran dərmanlar istehsal etməkdə, dəyişdirilmiş genlərə sahib qida toxumları yetişdirməkdə ittiham edilir. Hətta bu məsələlərlə bağlı böyük səs-küyə səbəb olmuş “The World According to Monsanto” adlı sənədli film də çəkilib. Filmdə Monsanto və bir çox ABŞ rəsmiləri insanları və dünyanı fəlakətə, məhvə sürükləməkdə günahkar bilinir.(Qaynar)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728