Çin prezidenti Si Szinpin iqtisadi böhrana qarşı Rusiyanı dəstəkləyəcəklərini açıqlamasından dərhal sonra ordunun yüksək səviyyəli şəxsləri ilə bir araya gələrək müharibə hazırlığı üçün əmr verib.Musavat.com-un məlumatına görə, müharibə hazırlığının Pekinin Vaşinqtona qarşı Moskvayla əlaqələri möhkəmləndirdiyi dövrə təsadüf etməsi də diqqət çəkib.
Hərbi mənbələrə əsaslanaraq məsələ ilə əlaqədar bir xəbər hazırlayan “Times of India” qəzeti Si Szinpin xüsusən ordunun isti müharibə hazırlıqlarının artırmasını istədiyini bildirib.



