Ötən gecə Səudiyyə Ərəbistanının Məkkə bölgəsində ildırımla müşayiət olunan yağış yağarkən, Kəbənin yerləşdiyi Hərəmi Şərif yaxınlığındakı məşhur saat qülləsinə ildırım düşüb və qorxu yaradıb.
Elchi.az bu barədə İHA-ya istinadən xəbər verir.
Sosial mediada yayımlanan görüntülərdə ildırımın saat qülləsinə çoxlu qollardan dəydiyi görünür.
Otel və ticarət mərkəzlərinin yerləşdiyi və tikintisi 2010-cu ildə tamamlanan “Burc es-Saah” kimi tanınan göydələn 600 metr hündürlüyü ilə dünyanın ən böyük saat qülləsi ünvanına sahibdir.
Nuranə Məmmədova




