"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünyanın ən dəhşətli xəstəlikləri – Görənlər ŞOKDA, tibb elmi çarəsiz (VİDEO – FOTO)

13 Noyabr 2016 - 11:29
in aktual-banner, Banner, SEÇMƏ XƏBƏRLƏR
Dünyanın ən dəhşətli xəstəlikləri - Görənlər ŞOKDA, tibb elmi çarəsiz (VİDEO - FOTO)

“80 yaşlı uşaq”, daş yeyən kişi, “ağac adam” Ağcaqanad dişləyən qadının həyatı alt-üst oldu

Bunu da oxuyun

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

ARB TV-nin “Pəncərə” verilişində maraqlı sujet yayımlanıb.
Sağlam olmaq bəşər övladının ən birinci arzusudur. Amma bu arzu heç də hər zaman üzümüzə gülmür. Bəzən qısa zaman, bəzən isə uzun illərlə hansısa xəstəliyin əsirinə çevrilirik. Bütün hallarda isə ən son ümidimiz həkimlərdir. Sağlam həyatın açarı bir çox hallarda məhz ağ-yaşıl-göy xalatlı xilaskarların beynindədir.
Amma bəzən insan övladı elə xəstəlikdən əziyyət çəkir ki, xilaskarlar da mat-məəttəl qalır. İndiyə qədər dünya tibb elmini dəhşətə gətirən, çıxılmaz vəziyyətə salan 6-7 min arası nadir xəstəlik aşkar edilib. Nadir xəstəliklərin böyük əksəriyyəti genetik səbəblərdən üzə çıxsa da, əsl səbəblər dəqiq bilinmir və çarəsi də tapılmır. Onlardan bəziləri ilə tanış olaq.
Morgellons xəstəliyi. Dünyada təxminən 14 min insanda rast gəlinib. Dəridə ağrı-qaşıntı yaradır. Adamda dəri altında həşəratlar gəzirmiş kimi bir hiss oyadır. Bu xəstəliyin səbəbinin parazitlərlə bağlı olduğu güman edilsə də, hələ ki, müalicəsi tapılmayıb.
Digər bəla – Proqeria adlanır. Bu xəstəliyə “80 yaşlı uşaq” sindromu da deyirlər.
Genetik şifrədəki çox sadə bir qüsur hər şeyi alt üst edir, insanın həyatı dəyişir. Orqanların və dərinin sürətlə qocalması müşahidə olunur. Xəstələrin çoxu uzağı 15 yaşına qədər yaşaya bilir. 5 milyonda bir görülən Progeriadan dünyada təxminən 50-yə yaxın adam əziyyət çəkir. Baxırsan ki, siması 70-80 yaşlı qocanın qırışlarıyla örtülüb, amma cəmi 10-12 yaşı var. Dəhşətlidir.
Bu qadının adı Esterdir. 
Onu 12 il əvvəl bir ağcaqanad dişləyib. Bud nahiyəsini bir xeyli qaşıyan qadın tezliklə həmin ağcaqanadın ağcasına da, qanadına da qarğış yağdırmaya başlayıb. Çünki dişlənən yerin şişkinliyi bütün ayaq nahiyəsinə yayılıb. Getdikcə isə bu elefantiyazis adlanan fil xəstəliyinə çevrilib. Dünyada bu xəstəlikdən 120 milyon insan əziyyət çəkir. İnsanın şişmiş bədən üzvləri fillərdə olduğu kimi nəhəng görünsə də, əslində bu bir parazit xəstəliyidir. Tropik ölkələrdə dişi ağcaqanadlar vasitəsilə yayılır. Biz sözgəlişi qarışqadan fil düzəltmək deyirdik. Sən demə ən qorxulu fil qarışqadan yox, ağcaqanaddan düzəlirmiş.
Bizdə bir söz də var. Deyirik ki, daşdan yumşaq nə olursa yeyirik.
Amma bunu deyərkən yeməkləri nəzərdə tuturuq. Daha demədik ki, torpaq, yapışqan maddə, kağız, parça və s.-ni də yemək olar. Amma yeyənlər var. Onlar da pika xəstəliyindən əziyyət çəkir. Ehtimal olunur ki, bədəndə mineral çatışmazlığı insanı əlinə keçən hər şeyi yeməyə vadar edir. Amma bunun da dəqiq səbəbi və çarəsi aşkar edilməyib.
Abul Bajandardırı dünya tanıyır. Amma hansısa bacarığına, istedadına görə deyil, xəstəliyinə görə. O, dünyada nadir rast gəlinən bir xəstəlikdən əziyyət çəkir.
Tibb elmində Epidermodisplasia Verruciformis adlanan bu xəstəlik əl və ayaqlarda çıxan ziyillərin şişə çevrilərək böyüməsi nəticəsində yaranır və inkişaf edir. Böyüdükcə də ağac kökünə yaxud gövdəsinə bənzədiyinə görə bu xəstələrin daşıyıcılarına “ağac-adam” deyirlər. Banqladeş sakini olan Bajandar 10 ildir sözün həqiqi mənasında ağac olub qalıb, günü güzəranı yoxdur. Dərdinə çarə bilən də yox idi. Ta keçən il gələn xəbərə qədər. Düz 1 öl öncə Bajandar qardaşa əməliyyat oluna biləcəyi haqda məlumat verirlər. Silsilə əməliyyatlara girən Abul nəhayət 10 ildən sonra ilk dəfə olaraq əliylə yemək yeyə bilib. Həkimlər bu ağacın budağından 5 kiloya yaxın lazımsız məhsulu əməliyyatla götürə biliblər. Bajandar isə ümid edir ki, həkimlər tezliklə bu bəla ağacının kökünü baltalayıb onu birdəfəlik xilas edəcəklər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli Qəhrəmanla bağlı tədbir keçirilib

Next Post

Neft ona görə ucuzlaşmır ki, ABŞ…

Bənzər yazılar

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib

26 Aprel 2024 - 19:23

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Dəstək Qüvvələri komandanı Aleksandr Yakovetsi vəzifəsindən azad edib. Elchi.az  xəbər verir ki, bu...

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

Borrell: Aİ-nin yaxın gələcəkdə ümumi ordusu olmayacaq

09 Aprel 2024 - 14:05

Avropa İttifaqının  yaxın gələcəkdə ümumi ordusu olmayacaq. Elchi.az  RİA Novostiyə istinadən xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Xosep Borrell onun...

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

Xankəndidə 12 silah, 18 qumbara aşkarlanıb

08 Aprel 2024 - 10:06

Xankəndi şəhərində 12 silah, 18 qumbara aşkarlanıb. Elchi.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib...

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

Britaniya və Fransa Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətinin qarşısını almağa çağırıb

08 Aprel 2024 - 09:26

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Devid Kemeron və Stefan Sejournet Ukrayna Silahlı Qüvvələrinin  Rusiya Federasiyası ilə münaqişədə məğlubiyyətinin...

Next Post

Neft ona görə ucuzlaşmır ki, ABŞ...

İşlənmiş maşın alarkən diqqətli olun! - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.