Güclü sivilizasiya olaraq inkişaf etmiş bəşəriyyət böyük tikililərini inanılmaz sürətlə tikə və hərəkətə gətirə bilir.
Sizə müasir dünyada ən bahalı tikinti layihələrinin yer aldığı siyahını təqdim edirik.
QEYD: Tikintiyə xərclənmiş vəsaitlərin bu gün tikiləcəyi halda hansı dəyərə malik olduğunu əks etdirmək məqsədilə inflyasiya nəzərə alınmaqla yenidən hesablama aparılıb.
La-Manş boğazının altından keçən tunel – 22.4 milyard ABŞ dolları
La-Manş boğazının altındakı tunel İngiltərənin cənub sahili ilə Fransanın şimal sahilini əlaqələndirir.
Tunel 15 Fransa və Britaniya şirkəti tərəfindən tikilib.
Təhlükəsizlik tələbləri və ekoloji tədbirlərin sərtləşdirilməsi layihə tikinti xərclərinin 80% artmasına gətirib çıxarıb.
Layihə üzərində ilk işlər 1988-ci ildə başlayıb, 1994-cü ildə tunel fəaliyyətə başlayıb. Tikinti zamanı 10 fəhlə faciəvi şəkildə ölüb. La-Manş boğazının altından keçən tunel üç hissədən ibarətdir: hər biri 7.6 metr diametrə malik iki dəmiryol tuneli və 4.9 metr diametrə malik xidmət tuneli
Böyük Diq, Boston – 23.1 milyard ABŞ dolları
Avtomobil yolu layihəsi Boston rayonunda başlıca yol marşrutuna dəyişikliyi zəruri edib. Layihənin reallaşmasına bir çox amillər mane olub, onlar arasında bir neçə batmış gəmi də var.

Kansay beynəlxalq hava limanı – 29 milyard ABŞ dolları
Yaponiyada, Osaki körfəzinin ortasında yerləşən Kansay beynəlxalq hava limanı təxminən 29 milyon ABŞ dolları dəyərinə malikdir. Hava limanı süni olaraq yaradılmış adanın üzərində yerləşir. Ada zəlzələ və qabarma dalğalarına tab gətirməsi üçün xüsusi olaraq hazırlanıb.
Kaliforniyanın yüksək sürətli dəmiryol nəqliyyatı – 33 milyard ABŞ dolları
Tikinti işlərinə 2015-ci ildə başlanılıb, Faza-1-i 2029-cu ilədək başa çatdırmaq planlaşdırılır.
Bu, ABŞ-ın bir neçə böyük şəhərini yüksək sürətli dəmiryoluna birləşdirməli olan layihələrdən ilkidir.
Baş icraçı direktoru Ceff Morales olan layihənin 33 milyard dollardan baha başa gələcəyinə baxmayaraq, tikintiyə çəkilən xərclər yeni texnologiyalarla əlaqədar olaraq, azalan tendensiyaya malik olacaq. İlkin olaraq, San-Fransisko və Los-Ancelesi birləşdirmək nəzərdə tutulur. Bu yolla qatarlar saatda 350 kilometr sürətlə hərəkət edə biləcək.
Sonqdo – 40 milyard ABŞ dolları
Cənubi Koreyanın paytaxtı Seul yaxınlığında okeanda salınmış quru ərazidə tikilən Sonqdo layihəsi 40 milyard ABŞ dollarından baha dəyərləndirilir. Bu “ağıllı şəhər” tullantıların avtomatik emalı, oksigen hasil edən bitki parkları və digər texnoloji yeniliklərlə təchiz ediləcək. Sonqdo IBD biznes və turistlərin cəlbi üçün tikilir, o, İnçhon beynəlxalq hava limanının yaxınlığında yerləşəcək.
Dubaylend – 76 milyard ABŞ dolları
Bu layihənin tikintisi 2008-ci ildə Dubaydakı böhran səbəbilə dayandırılıb, 2013-cü ildə isə bərpa edilib. Hələlik layihə sərmayəçilərə 76 milyard dollara başa gəlib.
Tikinti başa çatarsa, o, dünyada ən böyük və bahalı əyləncə parklarından biri olacaq. Burada tematik Disney parkı, IMAX teatrlar və digər görməli yerlər mütləq qaydada yer alacaq.
“Dubaylend”in dizaynı ərəb folkloru, xüsusilə “Min bir gecə” nağılına əsaslanacaq.
Kral Abdullahın iqtisadi şəhəri – 86 milyard ABŞ dolları
Kral Abdullah iqtisadi şəhərinin dəyəri başa çatarkən təxminən 86 milyard dollar təşkil edəcək. Məkkədən bir saatdan bir az artıq hərəkət məsafəsində yerləşən bu şəhər Səudiyyə Ərəbistanının yeni möhtəşəm turistik attraksionu olacaq. Şəhərdə bir neçə ən yüksək sinif mehmanxana, xeyli sayda dəbdəbəli villa, nüfuzlu ali məktəblər və hava limanı yerləşəcək.
Kaşağan – 116.86 milyard ABŞ dolları
Xəzər dənizində yerləşən “Kaşağan” yatağı son 40 ildə aşkarlanan ən böyük neft yatağıdır.
Tikilən infrastruktur 2017-ci ildən etibarən gündəlik 90 min bareldən artıq neft hasil edəcək.
Borularda sızıntı və digər çətinliklər layihənin tikintisində gecikmələrə yol açıb. Problemlərdən biri neft sahəsinin yüksək təzyiq altında olmasıdır. Bu isə qazma işlərini olduqca təhlükəli edir.
Beynəlxalq Kosmik Stansiya – 150 milyard ABŞ dolları
Beynəlxalq Kosmik Stansiya (BKS) kimi tanınan modul tipli araşdırma stansiyası təxminən 150 milyard dollara başa gələcək. Bu rəqəm həddən artıq böyük görünə bilər, lakin onun tikintisində xeyli sayda ölkənin iştirakını unutmaq lazım deyil.
BKS-in təşkilinə cavabdeh olan ölkələr ABŞ, Rusiya, Kanada, Yaponiya, Belçika, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç və İsveçrədir.
ABŞ-ın dövlətlərarası yol sistemi – 459 milyard ABŞ dolları
2015-ci ilə qədər ABŞ-ın dövlətlərarası yol sistemi vergi ödəyicilərinə 459 milyard ABŞ dollarına başa gəlib. Onun yaradılması uğrunda ən çox ABŞ prezidenti olmuş Duayt Eyzenhauer mübarizə aparıb. Onun ideyası, sadəcə, nəqliyyat vasitələrinin yerdəyişməsi barədə olmayıb. İdeya milli müdafiə üçün Silahlı Qüvvələrin, piyadaların, fövqəladə vəziyyətdə səfərbər edilmiş ehtiyat qüvvələrin sürətlə göndərilməsi imkanından ibarət olub. Layihə 1956-cı ildən etibarən reallaşmağa başlayıb və yeni marşrutların yaradılması və köhnələrin yenidən formalaşdırılmasını özündə ehtiva edib.
Magistral yolların bütün ölkə üzrə tikintisi sayəsində yükdaşımalar üçün çətin keçilən yerləri praktiki olaraq aradan qaldırmaq mümkün olub.

|