Deyton şəhəri, ABŞ
“40 yaşdan aşağı olan 40”
Amerika Birləşmiş Ştatlarının tanınmış “Dayton Business Journal” (DBJ) nəşri hər il olduğu kimi bu il də 18 mayda 2017-ci ilin “40 yaşdan aşağı olan 40” ən perspektivli və ABŞ-ın ən uğurlu biznesmenlərinin adını açıqlayıb.
Artıq 20 il keçirilən bu nominasiyanın məqsədi ABŞ-ın gənc və perpektivli biznesmenlərinə ümumdünya diqqətini cəlb etməkdir və nəticə olaraq gənc dahilərə bu çətin həyata asan yol açmaqdır. Əsas məqsəd sayı çox az olan sərvətləri qorumaq və onların bacarıqlarını dünyanın pozitiv inkişafına yönəltməkdir. DBJ rəhbəri Don Beykerin sözlərinə görə, sayı 200-dən çox olan nominantlardan yalnız 40 nəfəri ciddi hakimlər kollegiyası seçir. Bu il hörmətli hakimlər sırasında qərar vermək səlahiyyətinə malik Ketrin Krosbi, Robert Rassel və Culi Salivan kimi tanınmış simalar da iştirak edib.
Böyük fəxr hissi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, bu il ABŞ-ın 40 seçmə biznesmeninin sırasında bizim Azərbaycanlımız – Adil Bağırov da var!
Adil Bağırov
Adil Bağırov – ABŞ Deyton şəhərinin Təhsil Şurasının rəhbər üzvüdür. Kaliforniya Universitetini başa vurduqdan sonra Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində doktor rütbəsi alıb. ABŞ-da Qarabağ Fondunu və Azərilər Şəbəkəsini yaradanlardandır. Ştatın Təhsil Şurasının Texnologiyaların İnkişafı Komitəsinin sədri olaraq Adil Bağırov eyni zamanda maliyyə və siyasət komitələrinin də üzvüdür. Ştatda maliyyə şəffavlığı uğrunda mübarizə çərçivəsində Bağırov Müstəqil Daxili Audit Departamentinin yaradılması və bir sıra digər təşəbbüslərlə çıxış edib. Onun təşəbbüsləri ABŞ Dövləti tərəfindən qəbul edilib və həyata keçirilib! O, “American Power LLC” şirkətinin sahibidir.



