"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünyanın diqqəti ABŞ-da: Prezidentin səfəri nə vəd edir?

29 Mart 2016 - 13:54
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Dünyanın diqqəti ABŞ-ın paytaxtı Vaşinqtona yönəlib. Buna səbəb 31 mart-1 aprel tarixlərində bu ölkədə IV Nüvə Təhlükəsizliyi Sammitinin keçirilməsidir.

Dünyada təhlükəsizliklə bağlı məsələlərin ön sıraya çıxdığı bir vaxtda Vaşinqtonda gərgin müzakirələrin gedəcəyini indidən söyləmək mümkündür.

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanın dəvəti ilə sammitdə iştirak edəcək.

Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ölkə başçısı İlham Əliyevin Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirakı zamanı müzakirə ediləcək məsələləri şərh edərkən deyib ki, əsas məsələ belə sammitlərdə iştirak edib, onun fəaliyyəti ilə tanış olmaqdır:

“Ölkə başçısı da Azərbaycanın gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı sammitdə çıxış edəcək. Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə doğru addımlar atılır”.

Novruz Məmmədovun qeyd etdiyi kimi sammitdə iştirak Azərbaycan üçün əhəmiyyətlidir .

Politoloq Qabil Hüseynli hesab edir ki, dünyada nüvə təhlükəsizliyi məsələsi getdicə daha da aktuallaşır, bu baxımdan Azərbaycan prezidentinin ABŞ-a dəvət olunması əlamətdar hadisədir.

“Beynəlxalq təhlükəsizliyin ən mühüm hissəsi məhz nüvə təhlükəsizliyidir. Vaşinqtonda əksər dövlətlərin başçılarının iştirakı ilə IV Nüvə Təhlükəsizliyi Sammitinə Azərbaycan prezidentinin dəvət olunması ölkəmizə verilən önəm və diqqətdən irəli gəlir. Hesab edirəm ki, son zamanlar ABŞ-ın Azərbaycana xüsusi diqqət ayırması önəmli məsələdir.

Bundan əlavə Azərbaycan ərazi bütövlüyü ilə bağlı problemlərini növbəti dəfə həm dünya ictimai rəyinə, həm də IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlətlərin nəzərinə çatdırmaq imkanı əldə edib”.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtona nüvə sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından vacibdir: “Barak Obama ötən dəfəki sammitə İlham Əliyevi dəvət etməmişdi, əvəzində Ermənistan prezidenti Serj Sərkisyan Vaşinqtona getmişdi, bu da Azərbaycan hakimiyyətinin narazılığına səbəb olmuşdu. Bu dəfə Vaşinqton fərqli qərar verdi. Hesab edirəm ki, Azərbaycan prezidentinin ABŞ-a dəvət olunması mühüm hadisədir”.

Politoloq Fikrət Sadıqov hesab edir ki, prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycana olan etimadın yüksək olmasından xəbər verir: “Nəhəng sammitə İlham Əliyevin dəvət olunması ABŞ və dünya birliyinin Azərbaycana etimadı kimi dəyərləndirilə bilər. Azərbaycan həmişə nüvə təhlükəsizliyi ilə bağlı birmənalı mövqe nümayiş etdirib. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin həmin sammitdə iştirakı gözlənilən idi”.

Millət vəkili Azay Quliyev isə bildirib ki, Azərbaycan Prezidentinin ABŞ-da keçiriləcək nüvə təhlükəsizliyi sammitinə dəvət olunması böyük əhəmiyyət kəsb edir: “ABŞ prezidentinin Azərbaycan dövlət başçısını bu sammitə dəvət etməsi ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin göstəricisidir”.

Deputatın sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə terrorizmlə mübarizəyə qətiyyətli dəstək verir.

“Azərbaycan terrordan əziyyət çəkən dövlətdir. Ona görə də, bəşəriyyətə qarşı bu böyük təhlükəni yaxşı başa düşür. Ölkəmiz hər zaman beynəlxalq təhlükəsizliyə öz töhfələrini verir. Azərbaycanın nüvə təhlükəsizliyi sammitinə dəvət olunması ölkəmizin beynəlxalq müstəvidə oynadığı rola verilən qiymətdir”- deyə, A.Quliyev vurğulayıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bu adamların həbsdə qalması Azərbaycan dövlətinin əleyhinə işləyirdi”

Next Post

Erməni qəzeti Sarkisyanın varisindən YAZDI: “O, 2018-ci ildə prezident olacaq”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Erməni qəzeti Sarkisyanın varisindən YAZDI: “O, 2018-ci ildə prezident olacaq”

Peşə liseyində pul davası - İLGİNC FAKTLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.