"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünyanın maliyyə bazarı kimin nəzarəti altındadır?

30 Dekabr 2014 - 14:45
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img1712760ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi daha bir sensasion araşdırmasını yayıb.
Virtualaz.org saytı xəbər verir ki, bundan əvvəl Bakı-Tiflis-Ceyhan neft kəmərində 2008-ci ilin avqustunda, Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən üç gün əvvəl baş vermiş partlayışın kiberhücumla törədildiyinə dair ABŞ kəşfiyyatının sızdırdığı məlumatlar əsasında araşdırma dərc edən agentlik indi qlobal valyuta bazarında hökm sürən korrupsiyanı açır.
Məlum olur ki, bu korrupsiyanın içində BP korporasiyası və dünyanın dörd ən iri bankı da yer alır.
Araşdırmada deyilir ki, ötən il 400 milyard dollar təmiz gəlir əldə edən və dünyanın 80 ölkəsində işləyən BP hər gün maliyyə əməliyyatlarını həyata keçirmək üçün böyük məbləğlərdə valyuta dəyişir.
Bəs BP treyderləri dolları yuana, yaxud avronu funt-sterlinqə, rublu türk lirəsinə dəyişəndə valyuta kurslarının necə dəyişəcəyini haradan öyrənirlər?
“Bloomberg” araşdırıb ki, BP treyderləri müntəzəm olaraq dünyanın bir çox iri banklarındakı həmkarlarından qiymətli, eyni zamanda məxfi hesab edilən informasiyalar alıblar, qarşıdakı valyuta hərracları barədə məsləhətləşmələr aparıblar və dünya valyuta bazarını idarə etmək üçün digər sövdələşmələr ediblər.
Özü də BP iri bankların treyderləri ilə məxfi online yazışmaları həyata keçirmək üçün öz “chat room”unu – “Kartel” adlı qapalı çat otağını yaradıb. Bu şəbəkə vasitəsilə BP treyderləri “JPMorgan”, “Citigroup İnc.” (C:US ), “Barclays (BARC) Plc” və  “UBS Group AG” banklarının treyderləri ilə hər gün online rejimdə əlaqə saxlayırlar.
BP treyderləri şirkətin həyata keçirəcəyi valyuta əməliyyatları barədə əvvəlcədən bank treyderlərini məlumatlandırıb. Bu məlumatlar əsasında valyuta birjalarında indekslər artırılıb, yaxud aşağı endirilib.
Agentlik qeyd edir ki, bu qalmaqal BP-dən başlamaqla 11 bankı əhatə edir. Londondan Sinqapura qədər 30-dan çox treyder bu korrupsiya sövdələşməsinin içindədir. Onları iş yerlərini itirmək təhlükəsi gözləyir. Ötən ay 6 bank informasiyaları müştərilərə ötürməkdə və əlbir işləməkdə ittiham olunaraq 4,3 milyard dollar məbləğində cərimələnib.
Dünyanın nəhəng bankları ilə BP arasında sövdələşmədən uduzanlar isə investisiya fondları, pensiyaçılar və gündəlik işlə məşğul olan birja treyderləridir.
Londondakı hüquq firması “Collyer Bristow LLP”nin partnyoru Yanin Aleksandr məsələni şərh edərkən deyib ki, banklar öz ciblərini bizneslə qarışdıra və vəhşi Qərbdə olduğu kimi hərəkət edə bilməzlər.
“Banklar maliyyə bazarının sabitliyi üçün məsuliyyət daşıyır və treyderlər öz davranışlarının müştərilərə, bütövlükdə bazara təsirini nəzərə almalıdır” – deyə Yanin Aleksandr bildirib.
Hələlik BP treyderlərinə qarşı hansısa pozuntuya dair ittiham yoxdur. BP ilə banklar arasında qapalı internet şəbəkəsi 2009-cu ildə yaradılıb və bu işlə tanış olan mənbə deyib ki, “Kartel” fəaliyyətini ötən il dayandırılıb.
BP bildirir ki, məqsədi valyuta bazarlarına dair xülasə hazırlamaqdan ibarət olub.
“BP-nin 26 bank-partnyorla müştəri münasibətləri var. Şirkət müvafiq nizamlama orqanları ilə əməkdaşlıq edir və maliyyə bazarlarına dair tələblərə riayət edir” – deyə BP-nin London ofisi bildirir.
Böyük Britaniyanın Maliyyə Nəzarəti Administrasiyası və adları çəkilən 4 iri bank məsələni şərh etməyib.
“Bloomberg” isə “Kartel”dəki bəzi yazışmaların mətnini əldə etdiyini bildirir. Belə yazışmaların birində bank treyderi bildirir ki, BP Avstraliya dollarını ABŞ dollarına dəyişməyə hazırlaşır. Bu informasiya BP-dən valyuta əməliyyatından 30 dəqiqə əvvəl əldə edilib.
Məlumatı göndərən treyder bankları xəbərdar edir ki, Avstraliya dollarının kursu aşağı düşəcək.
Daha bir məlumatda BP treyderləri bildirir ki, banklar dolları yapon iyeninə dəyişirlər.
Araşdırmada deyilir ki, BP dünya valyuta bazarında əsas oyunçudur və 5,3 trilyon dollarlıq valyuta dövriyyəsinə malikdir. Şirkətin xam neftin satışından əldə etdiyi valyuta Azərbaycandan tutmuş Trinidada qədər çoxsaylı ölkələrdə işçilərin maaşlarını ödəmək, infrastruktur layihələrini maliyyələşdirmək üçün yerli valyutalara çevrilir.
Sıxılmış təbii qaz və kerosin kimi neft-qaz məhsulları yuana və reala satılır. Maliyyə əməliyyatlarını həyata keçirmək üçün şirkətin xüsusi bölməsi var. Başqa korporasiyalardan fərqli olaraq bu mərkəz həm də gəlir əldə edən biznes subyektidir.
Bildirilir ki, iri bankların və BP-nin öz aralarında həyata keçirdiyi bu sövdələşmə nəticəsində dünyanın hər yerində investisiya fondları böyük vəsaitlər itiriblər. Hazırda ABŞ Ədliyyə Nazirliyi və Britaniyanın xüsusilə iri həcmdə maliyyə fırıldaqlarına qarşı mübarizə Agentliyi qlobal maliyyə bazarındakı maxinasiyalar barədə araşdırma aparır.
Araşdırma başa çatandan sonra bu sövdələşmədə yer alanlara qarşı cinayət ittihamı irəli sürülə bilər.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kəlbəcərli girovları Şuşa türməsinə apardılar

Next Post

VHM təqdimat keçirdi – FOTO

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

VHM təqdimat keçirdi - FOTO

Neft son 5 ildə ən ucuz qiymətə düşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.