"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünyanın üzündəki erməni tüpürcəyi

25 Fevral 2017 - 13:30
in KÖŞƏ YAZILARI

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır


20-ci yüzillik bəşər tarixinin qırğınlar və soyqırımlar baxımından ən ağır əsrlərindən biri oldu: Xatın, Holokost, Ruanda, Bosniya… Həmin qanlı əsrin sonuncu və ən dəhşətli soyqırımlarından biri də Azərbaycan xalqının payına düşdü.

Xocalının başqa soyqırımlardan fərqi bunda idi ki, onu ermənilər törətmişdi. Tarixi bilən adam üçün bu cümlə çox dəhşətli səslənir. Bibliyada apostol İohann Məhşər gününü bu sözlərlə təsvir edir: “Dirilər ölülərə həsəd aparacaq”. Həmin gün 92-ci ilin fevralın 26-na keçən gecə Azərbaycanda yaşanıb.

25 il əvvəl elə bu saatlarda hər bir Xocalı sakini yarım əsr əvvəl Hitlerin qaz kameralarında ölən yəhudilərə sadəcə olaraq, həsəd aparır, elə bir ölümü xoşbəxtlik sayırdı. O gecə erməni əsgərlərindən qaçıb, qarlı çöllərə düşən, amma yenə də xilas ola bilməyən hər bir insan əvvəlki soyqırımlarda güllələnən, yandırılan, başı kəsilən, amma bütün hallarda sadəcə, ölən insanların yerində olmaq istəyirdi. Buna şübhəniz olmasın, çünki sağ qalan xocalı sakinlərinin özləri belə deyirlər.

Məsələn, bir oğul söyləyir ki, “Anamın ölüm xəbərini eşidəndə, sevindiyimdən bilmədim nə edim”. İnsan doğma anasının ölümünə sevinirsə, görün, ermənilərin əlinə sağ düşmək nə demək imiş. Atalar qızlarının, qardaşlar bacılarının, oğullar analarının ölməsi üçün Allaha yalvarırdılar. Hamı istəyirdi ki, təki doğmaları ölsün, amma erməninin əlinə düşməsin. Ölüm xəbərini müjdə kimi qarşılayırdılar! Bu halda dəhşətli olan heç ölüm və onu arzulamaq da deyil, dəhşətli olan – ölə bilməməkdir. Adətən canlıların yaşamaq hüququndan danışırıq, amma Xocalıda insanların hətta yaşamaq da yox, ölmək hüququ əllərindən alınmışdı.

Xocalı XX əsrin yeganə soyqırımı deyil, amma ən vəhşi, ən amansız, ən qəddar soyqırımıdır. Kiçik şəhərə hücum edən ermənilər kəmiyyətdə başqa soyqırımlarla yarışa bilməyəcəklərini anladıqlarından, gücü “keyfiyyətə” vermişdilər. Qadınlar zorlanır, insanların gözü çıxarılır, əzaları kəsilir, diri-diri yandırılırdı; ermənilər hətta hamilə ananın qarnını yararaq, bətnindəki körpəni çıxarıb, yerinə pişik balası qoymuşdular…

Bu, bilirsinizmi, nə demək idi?

Həmin gecə ermənilər bəşəriyyətin son bir neçə min ildə gəldiyi sivilizasiya yolunu geriyə döndərmişdilər. Sanki insanlıq hələ də vəhşi cəngəllikdən çıxmamışdı, sanki bəşəriyyət qanunlar yazmamışdı, mənəviyyat formalaşdırmamışdı, sanki intibah, maarifçilik, humanizm mərhələlərini keçməmişdik; sanki Hüqo, Dostoyevski, Tolstoy heç nə yazmamışdılar, müharibə hüququ, insan haqları haqqında heç bir sənəd qəbul olunmamışdı, Nürenberq tribunalı keçirilməmişdi… Sanki ermənilər 50 min il əvvəlin cəngəlliyindən çıxıb, yırtıcı köpəklər kimi silahsız insanlara hücum çəkmişdilər. Bu, bütün insanlığın üzünə tüpürmək idi.

Artıq 25 il keçib o dəhşətli cinayətdən, amma hələ də bəşəriyyət üzündəki erməni tüpürcəyini silmək istəmir. Təəssüf ki, dünya siyasətində və diplomatiyasında publisistika metodlarına yer yoxdur, əks halda, sadəcə, hansısa yüksək tribunadan soruşmaq olardı: “Ey dünya! Niyə sifətindəki erməni tüpürcəyini hələ də silmək istəmirsən?! Niyə Xocalı soyqırımını törədənlərin cəzasız qalmağı sənin insan mahiyyətini ağrıtmır?”

Bu 25 ildə biz Xocalı üçün çox ağlamışıq. İndi isə xalq olaraq yaşı qurumuş gözümüzü silib, ayağa qalxıb, dünyaya üzündəki erməni tüpürcəyini təmizləməkdə kömək eləməliyik. İnanmalıyıq ki, dünya bizim düşündüyümüz qədər pis deyil, insanlıq minillər ərzində üzləşdiyi bütün müsibətləri boşuna yaşamayıb, hansısa nəticələri hər halda, çıxarıb. Yorulmadan, usanmadan, bezmədən barmaqla göstərməliyik ki, Xocalı soyqırımının məzlumları kimdir, zalımları kim. Dünya bizi eşitmək istəməsə də, deməliyik, sifətinə çırpmalıyıq həqiqəti, qulağına bağırmalıyıq.

Niyə?
Ən azı ona görə ki, üzündə erməni tüpürcəyi olan dünyanın sifətinə baxmaq heç də xoş deyil!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vəziyyət dəhşətli olacaq – İrəvan qorxu içində

Next Post

Sabah güclü külək əsəcək, 21 dərəcə isti olacaq

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Sabah güclü külək əsəcək, 21 dərəcə isti olacaq

`Ermənistanı ciddi bədbəxtlik gözləyir` - Ohanyan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.