"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı

11 Avqust 2017 - 15:23
in KÖŞƏ YAZILARI

Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı Anar Yusifoğlu

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Şair, jurnalist dostum Elçin MİRZƏBƏYLİnin 50 yaşına
Müsahibələrindən birində “…Biz Vətəndən nə istəyirik?” sualına cavabında Elçin Mizəbəyli deyir ki, Vətəndən nə istəyə bilərik ki?! Vətən sənsən, mənəm… Başqalarını bilmirəm, məni əzən Vətən deyil, Vətən olmaq istəməyən torpaq parçaları və vətəndaş ola bilməyən daş qırıntılarıdı… Bizi öz ağırlığımız əzir. Hər kəs düşüncəsindəki, ürəyindəki yükün ağırlığı altına əyilib bir az. Yük artıqca əyrilik də artır…”.
Burada söhbət Vətən, torpaq yükünü daşımaqdan gedirsə, əslində bu, hamıya aid edilə bilməz. Axı özünün də dediyi kimi, Vətən olmaq istəməyən torpaq parçaları və vətəndaş ola bilməyən daş qırıntıları Vətən ağrısına, Vətən dərdinə necə tab gətirə, necə sinə gərə bilər?!
Vətən ağrısıyla ömür boyu yaşamaq hər Allah bəndəsinə qismət olmur.
Vətən dərdiylə ömür boyu nəfəs almaq hər adamın alnına yazılmır.
Vətən dərdi ancaq onu çəkməyə, daşımağa gücü çatanın bəxtinə düşür, ömür payına çevrilir.
Bəli, hər çiyin Vətən dərdinin ağırlığına tab gətirə bilməz. Yoxsa, dahi Füzuli “Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan, Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. ”- deməzdi.
…Elçin Mizəbəyli də tez-tez dərdi sevməyini, dərdlə qol-boyun yaşamağını dilinə gətirir və hətta kiminsə qismətinə düşən dərd payına da yiyə durmaq istəyini gizlətmir. Təkcə bir şərtlə ki, ona “bir az təsəlli, bir az da ümid” verilsin:
Deyəsən yük oldu sənə… 
Nə dərdin var… 
ver, daşıyım. 
Bir az… 
Təsəlli ver yenə, 
Bir az… 
Ümid ver, yaşayım… 
… Mənə elə gəlir ki, Elçin Mirzəbəyli Vətən dərdini çiyinləri üzərində hələ o çiyinlər bərkiməyən vədələrdən, lap gənc yaşlarından daşımağa başlayıb. O zaman ki, onda hələ paytaxtın baş meydanı Leninin adını daşıyırdı və “Azadlığ”a gedən o ağır, üzücü yolda nələr yaşanacağını da bir Allah bəndəsi belə bilmirdi. SSRİ-nin süquta uğrayacağını da, tarixin və taleyin hökmülə Azərbaycan xalqının ikinci dəfə müstəqillik bayrağını qaldıracağını da bəlkə də çox az adamın ağlına və dilinə gətirməyə gücü, qüdrəti çatırdı. Elçin Mirzəbəyli bax, o vədələrdə “Azadlıq” marşı yazmışdı və azadlıq təşnəsi olan soydaşları da o marşı oxuya-oxuya Lenin (Azadlıq) meydanına üz tutmuşdular…
İndi mən tam əminliklə deyə bilərəm ki, Elçin Mirzəbəyli o marşda deyilən:
– Qalx ayağa, millət, 
Boğmasınlar səsimizi! 
Bir bayraq altında, Birləşdir bizi! – sözlərini qələmə aldığı anlarda Vətən dərdini də çiyinləri üzərində gəzdirirdi və bu gün də o ağır yükü daşımaqdan zərrəcə usanmayıb. Ona görə ki, qəlbindən qələminə süzülən o kəlmələrə hər zaman bütün varlığıyla inanıb. İnanıb ki:
Bir sabah geri qayıdacaq, dünyanın bütün rəngləri, 
Və bir sabah,
Tanrı utanacaq göz yaşlarından…
P.S. Yazının əvvəlində sözügedən müsahibəni müxbir belə bir sualla yekulaşdırır:
– EŞQə aşiqsiniz, yoxsa SÖZə?
– Tanrıya aşıqəm.
– Sizi niyə hamı çox sevir?
– Əgər dediyiniz həqiqətdirsə, o zaman demək, dünyanın ən xoşbəxt adamıyam. 
P.S.S. Mən isə onun bu sonuncu cavabını azca əlavə ilə dəyişdirib belə yazıram: Elçin Mirzəbəyli dünyanın Vətən dərdi çəkən ən xoşbəxt adamıdır…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev Ramil Quliyevi təbrik etdi

Next Post

Azərbaycandakı xarici banklar belə hesabat verəcəklər

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Azərbaycandakı xarici banklar belə hesabat verəcəklər

Dünyadakı azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı — ADLAR

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.