"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Duqinanın ölümü ətrafında informasiya çirkliliyi

26 Avqust 2022 - 10:40
in MÖVQE

“Avrasiya hərəkatının lideri Aleksandr Duqinin qızı Darya Duqinanın ölümü ətrafında müzakirələr yeni dezinformasiyalar axını ilə davam edir. Belə dezinformasiyaların birində ölümdə Azərbaycan izi olması ehtimalı da dövriyyəyə buraxılıb. Həm Duqin, həm də dezonun mənbəyi olan şəxs Azərbaycan lobbistləri sayıldıqlarından dezo əsasında hazırlanmış yazılara diqqət çəkmək zərurəti yaranır”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında qeyd edib:

“Orjinal yazıda Rusiya Beynəlxalq Siyasi Analiz və Proqnozlaşdırma Mərkəzinin direktoru Denis Korkodinova istinadən iddia olunur ki, Aleksandr Duginin qızı Darya Duginanın ölümündə birinci şübhəli ölkə Ukrayna, ikinci mühüm şübhəli ölkə isə Azərbaycandır. Çünki guya Dugin II Qarabağ savaşı zamanı Azərbaycanla bağlı kəşfiyyat məlumatları əldə edərək Ermənistana ötürüb və erməni ordusu bu məlumatlardan döyüş meydanlarında istifadə edib. Yazının orijinalı “Ray-al Yaum”da dərc olunub. Yazının müəllifi suriyalı qadın jurnalistdir. Familiyasına əsasən xristian ortodoks olduğunu güman etmək olar. Azərbaycan tematikasını daimi izləyən müəllifdir, yazıları Fələstin, Suriya və Livanın Rusiya və İran meyilli KİV-lərində dərc olunur.

İşin maraqlı tərəflərindən biri də istinad edilən şəxslə bağlıdır. Məsələ bundadır ki, Denis Korkodinov Azərbaycan-Sumqayıt doğumludur, hazırda Rusiyanın Ulyanovsk şəhərində yaşayır. 2016-cı il aprel savaşlarından sonra FB-də Azərbaycan lehinə fəallığı ilə diqqət çəkirdi, iki aprıcı media holdinqimiz isə onunla əməkdaşlıq edir, ciddi lobbistimiz kimi təqdim edirdi. Ərəbcə orijinal mətn Korkodinovun FB səhifəsində də yerləşdirilib. Amma Korkodinov qətldə Azərbaycan izi haqda dediklərini mətnin rusca qısa xülasəyə daxil etməyib. Yəqin ki, səhifəsiniz Azərbaycanda izlənməsini nəzərə alıb.

Yazı Rusiyanın az izlənən internet resusrslarına da “Ray-al Yaum”–dan götürülərək yerləşdirilib. Bu zaman texniki tərcümədən istifadə edildiyindən xəbərin mənbəyi olan şəxsin familiyas Korkodinov kimi deyil, Kurkudinov kimi verilib. Üstəlik, Korkodinovun açıqlamasında ikinci şübhəli ölkə kimi Azərbaycandan bəhs edilirdisə, Rusiya nəşrlərinin “redaktəsində” Azərbaycan əsas şübhəli ölkə kimi qeyd olunub.

Tirajlanması üçün belə dolaşıq sistemdən istifadə edilməsi də göstərir ki, məlumat feykdir, həqiqətdən uzaq ehtimallar üzərində qurulub. Amma Rusiya yaratdığı mürəkkəb “feyk fabriki“ mexanizminin imkanlarını niyə belə mənasız dezo üçün səfərbər etsin? I

I Qarabağ müharibəsi ərəfəsi və gedişində əleyhimizə effektiv istifadə olunmuş mexanizm yenəmi işə salınır?

Niyə Azərbaycana qarşı feyk xəbər yaymaq məqsədilə Azərbaycanın öz lobbistindən istifadə edilsin? Digər lobbistimiz isə erməni kəşfiyyatının adamı kimi bizə tanıdılsın?

Verilən mesaj nədir?

Xatırladaq ki, Duginanın ölümündən sonra azərbaycanlı ekspertlər qətldə erməni izinin ola bilməsi haqda fərziyyələr səsləndirmişdilər. İndi bu fərziyyələrın daha inkişaf etdirilməsinə və əsaslandırılmasına ehtiyac var . Bir-iki tutarğa yada salım: hələ 2016-cı ildən sonra erməni nəşrləri “Nemezis” əməliyyatını (“Erməni işi”nə təhlükəli sayılan şəxslərin aradan götürülməsinə verilən ad) bərpa etməyə çağırır, Azərbaycan lehinə təbliğat aparan tanınmış rusiyalı ictimai -siyasi fəallara(“İzbor” klubu üzvlərinin, avrasiyaçılarən, bəzi deputatların, jurnalist və ekspertlərin adları sadalnırdı) xəbərdarlıq edilirdi ki, Qafqaz canişini Qriqori Qolitsinə, İrəvan general qubernatoru Maqsud Alixanov-Avarskiyə, Azərbaycan Cümhuriyyəti qurucularına, Osmanlı dövlət xadimlərinə qarşı həyata keçirilmiş sui-qəsdlər indi onlara qarşı təkrarlana bilər. Hazırda o mətnin rus versiyası internetdən silinib, amma təbliğata məsul olan və digər müvafiq qurumların arxivində yəqin ki var. 2017-ci il seçkilərindən sonra isə deputat kimi ilk çıxışlarından birində Ermənistanın indiki baş naziri Nikol Paşinyan “Nemezis”in bərpa zərurətindən danışırdı.

Mövzudan kənar olsa da, bir fakt da diqqətimi çəkdi. “Kərimə dövləti” cəfəngiyatının adepti olan və təəssüf ki, İranın dinə və diaspora məsul qurumlarının təsirində olan bir xeyli Moskva azərbaycanlısı Duginin mühazirələrinin daimi izləyiciləridir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlılar Laçında – Video

Next Post

Bu gün Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri görüşəcək

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Bu gün Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri görüşəcək

Bu gün Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətləri görüşəcək

İqtidarın Rusiya siyasətini bəyənmirsinizsə istefa verin

İqtidarın Rusiya siyasətini bəyənmirsinizsə istefa verin

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.