"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Durna kimi qatarından qalmısan… – 10 il əvvəlin maraqlı müsahibəsi

04 Noyabr 2015 - 13:14
in MƏDƏNİYYƏT

12191788_928205920568339_129996720574083982_nİndi o qatara nəinki qoşulmaq, heç onu tapmaq mümkün deyil…

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Hamı onu «Bizim Cəbiş müəllim» filmində yaratdığı obrazdan tanıyır. Elə yaxın ətrafı da az qala onun həqiqi adını unudub «Makedon» deyə çağırır. Amma o, aktyor deyil, sadə bir peşənin adamıdır, Minlərlə tamaşaçı sevgisi qazanmış MAKEDON obrazını yaradan Aqil Ağacanov dəmir yolunda çalışır. Bakı-Sabunçu yol distansiyasının yol fəhləsi kimi. Düzdür, bir neçə il əvvəl cəhd eləmişdim onunla görüşüb yazı yazmağa. Amma alınmamışdı. Distansiyanın rəisi Şəmsəddin Talıbov olmasaydı, kim bilir, bəlkə yenə də alınmayacaqdı.
Nə isə… Hər halda Aqil Ağacanov redaksiyasızın qonağı oldu.

ÖMÜRLÜYÜNDƏN:

Aqil Ağacanov 1949-cu ildə Pirşağı anadan olub. Kənd orta məktəbini bitirib. 1969-71-ci illərdə Lvov şəhərində hərbi xidmətdə olarkən, İvanovo-Frankovoda aşbazlıq peşəsinə yiyələnib. Hərbi xidməti başa vurandan sonra Bakıda və Pyatiqorsk şəhərlərində daha iki dəfə aşbazlıq kursunu bitirib. 1971-1984-cü illərdə sevimli peşəsində çalışıb, el şənliklərində ləzzətli kababçı kimi çalışıb. 1984-cü ildə keçmiş Bakı hissəsinin Pirşağı stansiyasında qatar tərtibçisi kimi fəaliyyətə başlayıb və taleyini o gündən dəmir yolu ilə bağlayıb. 1986-cı ildə Bakı-Sabunçu yol distansiyasnda yol montyoru kimi fəaliyyətini davam etdirir və bu günə kimi öz sevimli dəmiryolçu peşəsində çalışır. 4-cü dərəcəli yol montyorudur.
Bir oğlu, iki qızı var.

DİLƏ GƏLDİ XATİRƏLƏR …

Aqil Ağacanov «Bizim Cəbiş müəllim» filminə çəkilmə tarixindən danışdı:
1969-cu il idi. Pirşağıdakı mədəniyyət evinin qabağında məhəllə uşaqları ilə söhbət edirdik. Mərhum yazıçı, kinodramaturq, kinorejissor Həsən Seyidbəylinin «Volqa»sı yanımızda dayandı (Onun bağ evi Pirşağıda idi, kəndə tez-tez gələirdi, «37-37» nömrəli yaşıl «Volqa»sı var idi). Mənimlə nərd oynamaq istədiyini bildirdi. Oynamaq istəmədim, amma o, təkid etdi. Onu da dedi ki, əgər udsa, Şahbala dayının mağazasından istədiyi malı pulsuz götürəcək və onun pulunu mən ödəməli olacam. Yox, əgər uduzsa, məni filmə çəkəcək. Mən qalib gəldim. Vizik kartını mənə verdi və sabah səhər doqquzda Kinomatoqrafiya Komitəsində gözləyəcəyini dedi. İki nəfər kənd uşağı ilə birlikdə getdik.
Mərhüm Həsən Seyidbəyli mənə müəllifi Maqsud İbrahimbəyov olan bir ssenari verdi. Adı belə idi:

«MÜHARİBƏNİN 1001 GÜNÜ»
və yaxud «BİZİM CƏBİŞ MÜƏLLİM»

XATIRLATMA: «Bizim Cəbiş müəllim» bədii filmi 1969-cu ildə «Azərbaycanfilm» kinostudiyasında istehsal olunub. Filmdə İkinci Cahan müharibəsi zamanı hər cür məhrumiyyətlə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan insanların həyatından bəhs olunur.
Filmin rejissor Həsən Seyidbəyli, ssenari müəllifi Maqsud İbrahimbəyov, operator Arif Nərimanov, rəssam Məmməd Hüseynov, bəstəkar Emin Mahmudovdur. Rollarda Süleyman Ələsgərov, Əliağa Ağayev, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Nəsibə Zeynalova, Aqil Ağacanov, Svetlana Morşinina, Səfər Novruzov, Fazil Salayev, Ziya Seyidbəyli, Mehriban Seyidbəyli və digərləri çəkiliblər.

YADDAŞINDAN:

Beləcə «Bizim Cəbiş müəllim» bədii filminin çəkilişləri başladı. Makedon rolunda mən çəkilməli oldum. Çəkilişlər təxminən səkkiz ay çəkdi. Çəkilişlər gedə-gedə rəhmətlik Adil İskəndərovun kino-aktyorluq kursuna yazıldım. Kurs iki illik idi. Bir ilini oxudum, sonra hərbi xidmətə getdim. Qayıdandan sonra kursu davam etdirmədim. Mənim müəllim Adil İskəndərov, Şeyx Əbdül Mahmudov olub. Onu da deyim ki, bu filmin ən çox əziyyətini çəkən Əbdül Mahmudov idi. Makedon rolunu oynamaq üçün bir neçə adam seçilmişdi, o cümlədən hörmətli xalq yazıçsı Anar. Amma sınaq çəkilişləri zamanı rejissorlar, təcrübəli aktyorlar Anar müəllimin yaşının bu rola uyğun gəlmədiyini bildirdilər və mənim üzərimdə dayandılar. Yeri gəlmişkən bir şeyi demək istəyirəm. Bəzən görürsən ki, ağzıgöyçəklər deyir ki, Makedon rolunu oynayan Aqil Ağacanov aktyorluq təhsili yoxdur və s. Amma unudurlar ki, insan anadan aktyor doğulmalıdır.
– Süleyman Ələsgərov, Əliağa Ağayev, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Nəsibə Zeynalova kimi böyük sənətkarlarla çəkilmək çətin deyildi ki…

– Bilirsiniz necədir… Çəkiliş qrupundakı aktyorların birini ana, birini bacı, birini qardaş biləndə arada doğma bir əhval-ruhiyyə yaranır və həyəcan-filan itir. Təsəvvür edin ki, mən filmə istədiyim kimi çəkilirdim, yəni, rejissor, təcrübəli aktyorlar tərəfindən heç bir təzyiq olmurdu. Bəzən özümdən artırmalar da edirdim və mənimlə razılaşırdılar.
Nədənsə heç vaxt ürəyimdən keçməyib ki, taleyimi incəsənətlə bağlayım. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, cəmisi bir filmlə oynadığım rolla insanların ürəyinə yol tapdlım. Xalq məni elə özünün sənətkarı hesab edir. Düşünürdüm ki, elə bir obraz yaratmaq da kifayət edir. Düzdür sonralar sonralar bir filmə də çəkildim. Fikrət Əliyevin çəkdiyi «Yuxu» filmində leytenant Mansurov rolunu mən oynadım.
Film çəkiləndən sonra o insanlarla elə bir əlaqəm olmadı. Təkcə Şeyx Əbdül Mahmudovla dostluğumuz davam edir. Filmdə Tanya rolunun ifaçısı da peşəkar aktyor deyil. Svetlana Morşinina Bayılda böyüyüb başa çatıb. Hazırda da gəmiqayırma zavodlarının birində baş mühasib işləyir. Gec-gec də olsa əlaqə saxlayırıq.
…O filmdə Azərbaycanın ünlü sənətkarları yaddaqalan obrazlar yaradıblar. Amma «Bizim Cəbiş müəllim» filmi deyən kimi, o anda nədənsə adamın Makedon, Makedon deyən kimi filmdə səslənən meyxana düşür:
Durna kimi qatarından qalmısan,
Dərin-dərin dəryalara dalmısan.
Makedonu dərdə-qəmə salmısan,
Çağırsa ellər, gedərəm davaya,
Ol mənə dilbər, gedərəm davaya.
Aşqil Ağacanov həmin durna qatarının səfində daimi olmasa da, hər halda bir-iki qanad çalmışdı. Sonra da həmişəlik qatardan ayrıldı. Və daha sonra durna qatarı pərən-pərən oldu…
…İndi o qatara nəinki qoşulmaq, heç onu tapmaq mümkün deyil.

Vasif SÜLEYMAN

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident Zaqatalada yolun açılışında iştirak edib

Next Post

Vladimir Putin Azərbaycan prezidentini təbrik etdi

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Vladimir Putin Azərbaycan prezidentini təbrik etdi

23 yaşlı oğlan bacısını uşaqlarının gözü qarşısında bıçaqlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.