"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Düşmən arxasına keçən Xüsusi Təyinatlılarımızdan misilsiz əməliyyat – Ermənilər vahimədə!

08 Aprel 2016 - 16:02
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Onlar atəşkəsdən xəbərsizdir və plan üzrə hərəkət edirlər

Son iki gün ərzində erməni mətbuatı üzərində hər hansı fərqlənmə nişanı olmayan 6 döyüşçü cəsədinin fotosunu aktiv şəkildə sosial şəbəkələrdə paylaşaraq, bunun Azərbaycan xüsusi təyinatlılarına aid olduqlarını xüsusilə qabartmağa başlamışdılar. Ancaq bu gün məkrli düşmənin bu ideoloji təxribatının gerçək səbəblərinin üstü açılıb və elə özləri tərəfindəncə etiraf edilib. Strateq.az-a hərbi mənbələrə yaxın dairələrdən məlum olub ki, əslində ermənilərin Azərbaycan xüsusi təyinatlılarının itki verdiyi haqda bu dezinformasiyası son günlər bütövlükdə Dağlıq Qarabağdakı erməni hərbçilərinin canına vəlvələ salmış bir məlumatın qarşısını almağa hesablanıb. Məlumata görə, aprelin 1-dən 2-ə keçən gecə erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-əməliyyat tədbirləri qısa zaman ərzində ermənilərin müdafiə xəttinin bir neçə istiqamətdən yarılması və strateji yüksəklilkərin ələ keçirilməsiylə nəticələnməklə bərabər, həm də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin müəyyən bölmələrinin sürətlə və çox rahat şəkildə Qarabağın digər vacib ərazilərinə sızmasına əlverişli şərait yaradıb.

Qısa müddət ərzində düşmən arxasına sızmağı bacaran xüsusi təyinatlılarımızın cəbhə xəttinin o biri üzündə həyata keçirdikləri bir neçə uğurlu əməliyyat isə düşmən cinahında əməlli-başlı çaşqınlıq, panika və vahimə yaradıb.

Bildirildiyinə görə, Azərbaycan radiokəşfiyyatının tutduğu erməni zabit və əsgərlərinin telefon danışıqlarından da aydın olub ki, onlar dəhşət içərisində Azərbaycan Xüsusi Təyinatlılarının bir neçə yerdən hansısa 6–12 nəfərlik qruplar şəklində Qarabağın içlərinə keçdikləri haqda həyəcanla bir-birlərinə xəbər veriblər. Ardınca da ermənilərin iki gün ərzində içərisində yüksəkrütbəli zabitlər də daxil olmaqla 30-dan çox hərbçisinin yoxa çıxması – nə ölülərindən, nə də dirilərindən xəbərlərinin olmaması, üstəlik, bir neçə silah anbarının partlaması, əsas əlaqə yollarında avtomobillərin minaya düşməsi bütün erməni komandanlığını və əhalini təşvişə salıb…

Maraqlıdır ki, erməni tərəfi bu hadisələrdən sonra ordularında yaranmış ajiotajı yatırmaq məqsədiylə fəal şəklidə 6 xüsusi təyinatlımızın öldürüldüyü təbliğatını aparsa da, bu gün eyni vaxtda Qarabağın işğal altında olan bir neçə rayonunda, həmçinin ATƏT təmsilçilərinin qondarma “DQR prezidenti” Bako Saakyanla görüş vaxtı Xankəndinin özündə partlayışların baş verməsi (xəbəri ilk olaraq oradakı jurnalistlərə istinadən rus mediası yayıb) erməni hərbçilərini yenidən panik əhvala kökləyib. Artıq sosial şəbəkələrdəki ermənilər bir-birləriylə yazışmalarında bu partlayışların səbəbini izah edərkən, bəziləri həyəcanla bunda “Qarabağa keçmiş həmin Azərbaycanlı xüsusi təyinatlılar”ın əlinin olduğunu vurğulamağa başlayıblar və dərhal da yazdıqlarını siliblər… Və bu həyacanlı mətnlərdə onu da bildiriblər ki, artıq 5 gündür içəriyə keçmiş Azərbaycan Xüsusi Təyinatlıları tərəflər arasında atəşkəs əldə edilməsindən xəbərsiz olduqlarından, onların diversiya planlarının qarşısını almaq mümkün olmayacaq!

Qeyd edək ki, erməni sosial şəbəkə istifadəçilərinin Azərbaycan Xüsusi Təyinatlıları haqda bu fikirləri, istər-istəməz, ötən il qardaş Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində 16 hərbçinin ölümü ilə nəticələnən PKK hücumundan sonra Türkiyənin “Bordo-bereli”lərinin davranışlarını xatırladır. Həmin vaxt 12 nəfərdən ibarət “Bordo-bereli” geri çağrılmamaq üçün komandanlıqla bütün əlaqəni kəsmiş və komandanlıq da onların ya öldürüldüyü, ya da əsir düşdüyü qənaətinə gəlmişdi. Ancaq “yoxa çıxan” 12 nəfərlik “bordo bereli” bir müddət sonra PKK ilə döyüşdə 73 terrorçunu məhv edib, 25-ni isə sağ ələ keçirərək, sağ salamat tam heyətlə geri dönmüşdülər…

İnşallah, çox yaxınlarda Azərbaycan Xüsusi Təyinatlılarının da Qarabağda, eynən Türkiyə “bordo bereli”lərinin davranışları kimi, dillərdə dastana çevriləcək əməliyyatlarını eşidəcəyik!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Torpaqlarımız işğaldan azad ediləcək` – Prezident

Next Post

“Narahatam…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

"Narahatam..."

Ermənistan itkilərini hissə-hissə etiraf edir - MN

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.