Ermənistan ordusu itki verib.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu gün saat 04:40-da Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər Arman Osipyan ölümcül yara alıb. Əsgər döyüş postlarından birində ölüb. 20 yaşlı əsgərin ölümü ilə bağlı təhqiqat aparılır. Bu barədə qondarma rejimin “müdafiə nazirliyi” məlumat yayıb.



